Bu gün superay hadisəsi baş verəcək

Bu gün superay hadisəsi baş verəcək.
Kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq.
Məlumata görə, saat 13:09-da Ay Yerə 357 263 km yaxınlaşaraq 2022-ci üzrə minimal məsafədə, peykin görünən diametri isə 33 dəqiqə 27 saniyə olacaq. Dolunay (Ayın fazası) hadisəsi isə 22:38-də baş verəcək.
Qeyd edək ki, superay dolunay və ya yeni ayın perigeylə - Ay və Yerin bir-birinə ən yaxın olduğu anla üst-üstə düşdüyü zaman baş verən hadisədir. Bu, Ayın üzərində planetimizin ətrafında fırlandığı elliptik orbitdən qaynaqlanır. Bu fenomen sayəsində Yerdən Ayı adi haldan daha böyük ölçüsünü görmək mümkün olur. “Superay” termini astroloji mənşəlidir və dəqiq astronomik tərifə malik deyil.
Superayın əksi mikroay adlanır. Bu termin birincidən fərqli olaraq o qədər də geniş yayılmayıb.
“Superay” termini ilk dəfə 1979-cu ildə “Dell Publishing” nəşriyyatının horoskop jurnalında istifadə edilmiş ingiliscə “super moon” terminindən gəlir.
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
