Bu gün Milli Musiqi Günüdür
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.
Adalet.az-ın məlumatına görə, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O,dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.
Digər Xəbərlər
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55
Qədir Rüstəmovun xatirəsi anıldı - FOTOLAR
17 Dekabr 2025 16:47


Bakı -°C

