Bu gün metro gücləndirilmiş iş rejimində işləyəcək
Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Adalet.az Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək.
Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Digər Xəbərlər
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 17:02
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 16:59
"Azərbaycan media təxribatlarına qarşı böyük uğurlar əldə edib" - Prezident
17 Sentyabr 2026 16:58
İlham Əliyev və birinci xanım "Pirqulu Park" hotelinin açılışında - YENİLƏNİB
17 Sentyabr 2026 15:45
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 15:24
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
17 Sentyabr 2026 13:58
Aqil ABBAS: BİZİM ZİYARƏTÇİLƏRİ DƏDƏVƏNGƏ NİYƏ BURAXMIRLAR?
17 Sentyabr 2026 13:16


Bakı -°C

