Bu gün güclü yağış yağacaq
Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu yarımadada gecə 13-15° isti, gündüz 18-21° isti olacağı gözlənilir. Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.
Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27