Bu gün futbol üzrə İspaniya çempionatı bərpa olunur
Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.
Trend-in məlumatına görə, turnir Sevilya derbisi ilə start götürəcək. Bakı vaxtilə saat 00:00-da "Sevilya” və "Betis” klubları üz-üzə gələcək.
Qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.
Xatırladaq ki, İspaniya çempionatı martın 8-də 27-ci turdan sonra dayandırılmışdı.
Hazırda turnir cədvəlinə 58 xalla "Barselona” başçılıq edir, ikinci yerdə gedən "Real” (Madrid) ondan iki xal dala qalır. Bu həftə sonu "Barselona” səfərdə "Malyorka”, "Real” isə doğma meydanda "Eybar”la qarşılaşacaq.
Çempionatın bitməsinə 11 tur qalır.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37