Bu gecə Bakının iki mərkəzi küçəsi bağlanacaq
Rənglənmə işləri ilə əlaqədar iki küçədə hərəkət məhdudlaşdırılır.
"Azəravtoyol” ASC-dən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.
Bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27