adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2020 12:08
162888
MƏDƏNİYYƏT

Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır - Eminquey yazır

Sevgilim, mən öləndə...

Bumisraların müəllifi sanki elə Fuad Poladovun özüdür.

Otuz ildirçalışdığı Səməd Vurğun adına Rus dövlət dram teatrının səhnəsində onun əzizxatirəsinə həsr edilmiş "Köhnə telefon" tamaşası başlayacaq. Tamaşabaşlayıb qurtarana kimi bilmirdim ki, baş rolda Fuad Poladovun özü olacaq. Ammabircə şeyi dəqiq bilirdim – bu tamaşa, Lalə xanımın dediyi kimi, heç birteatrın repertuarında yer almayıb, heç bir teatrımızda səhnəyə qoyulmayıb. Layihəninrəhbəri Estoniyada Azərbaycan mədəniyyəti, incəsənəti, teatrını tanıdan həmyerlimizSənəm Əliyevadır.



Yavaş-yavaşzal dolur, hərə öz yerini tapıb əyləşir. İki qadın məni öz yerimdən didərgin eləməkçünplan qurmuşdular elə bil. Centlimenlik xətrinə onlara yer verib özümə başqa yeraxtarıram. Bu dəfə qismətimə Gülzar Qurbanovanın oturduğu sıra düşür, özü dədüz yanındakı boş yer. Səlim Babullaoğlu və iki adam mənim keçməyim üçün ayağaqalxır. Açığı utancaq olduğum üçün Gülzar xanımın yanında əyləşməyə çəkinirəm:

- Səlim bəy, olar siz orda əyləşəsiniz, mənsə sizinyerinizdə?

- Niyə?

- Başımı yelləyirəm.

-Olmaz! Sən elə keç öz yerində əyləş...

Tamaşaçılararasında görkəmli mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar,jurnalistlər, tanınmış simalar əksəriyyət təşkil edirdilər. Fuad Poladovun oğluAğarəhim də öz nişanlısı ilə burada idi.

Tamaşabaşlayır.



Uzunpaltolu, şlyapalı bir adam monitordan parkda gəzişən göyərçinlərə tamaşa eləyir.Bu, Hikmətdir. Hikməti elə iki il qabaq bu vaxtlar tanımışdım. Ramazan ayında.Lalə xanım tanış etmişdi bizi. Hikmət şeirimi səsləndirəcəkdi. Hikmət şeirimi səsləndirməyindəntanımışdım. Möhtəşəm idi. O, mənim şeirdəki səsimi çox gözəl tutmuşdu. Hikmətdənsonra mən o şeiri heç vaxt özüm oxumuram. O şeir sanki elə Hikmətindir.

Qayıdaq tamaşaya.Hələ ki, qəhrəmanın adı bilinmir. Qəhrəman onlara dən səpir və göyərçinləruçur. O, qəfil uşaqlığından söz açmağa başlayır. Elə hər şey də buradanbaşlayır.

Hikmət bizianidən uşaqlıq dövrünə aparır. Məlum olur ki, baş qəhrəmanın adı Polarddır.Polard! Tamaşanın rejissoru Abdulqəni bəy bu hekayəni nahaqq yerə seçməyib. Ənxırda detalına qədər bizə bir nəfəri işarə verir. Polard! Bu ad oxşarlığı sizəbir şey demir ki? Fuad Poladovu xatırlatmır ki?!



Rus dramteatrında ilk dəfə olurdum. Açığı teatrın səhnəsi mənə o biri teatrlara nisbətənbir qədər balaca göründü. Abdulqəni bəy dünya miqyaslı Fuad Poladovu nəinki bu kiçik səhnəyə, hətta daha kiçik məkana sığışdarmaq niyyətində imiş, tamaşanın sonunda aydın olurhər şey. Tamaşa boyu Hikmət sürətlə başqa-başqa obrazlara dönür. Gah Polardınuşaqlığı olur, gah atası, gah da telefon ustası.

Polardınanasını oynayan Münəvvər Əliyevanın və bacısını oynayan Fidan Bayramovanınoyunları da təbii və gözəl idi.

Hər şey Polardınevdə tək qaldığı vaxt o telefonu götürüb kiməsə yığmağı ilə başlayır. Bu mənəAnarın "Mən, sən, o və telefon” hekayəsini xatırlatdı. Qəhrəman bəxt-ilahi birnömrə yığır və onunla danışan qadına vurulur. Onlar bir-birilərini telefondasevirlər.

Polardtelefonun otayındakı sehirli səsin sahibi qadınla hər gün danışır, ondan məsləhətalır. Bu məqamda səhnənin arxa fonunda böyük qırmızı dodaq gəzişir. Rejisssortamaşanın sehrini çatdırmaq üçün bu kimi çox detallardan istifadə edir. Arxafonda rəqs edən qadın silueti görünür.

Özümürejissorun yerinə qoyub deyərdim ki, bu tamaşa bəlkə də Polardın qadınladialoqları üstündə qurulub, nəinki fransız kimyaçı Paul Villardın "Köhnətelefon” əsəri üzərində. Çünki əsas mesajlar bu dialoqlardadır.

Bir azdan busəs obraza çevriləcək və biz onu görəcəyik. Jurnalist-aparıcı Lalə Əliyevanın səsidiro səs. Saatlarla yorulmadan onun səsinə qulaq asmaq olar.


Film,musiqi, rəqs, hətta bir məqamda aktyorların birləşib lövhədə əlləri, barmaqlarıilə rəqs nümayiş etdirmələri çox gözəl düşünülmüşdü. Hikmətin etiraz dolu monoloquisə möhtəşəm idi.

Polard səyahətəçıxır, qızlarla əylənir, əyləncə salonlarında vaxt keçirir... Bu səyahət boyuHikmətlə Fidanın rəqsi də olduqca gözəl idi. Polard ona yaxınlaşan gözəlçədənbir anlıq diksinir və telefondakı o sehrli səsi xatırlayır.

Aeroportdataksafon görüb yaxınlaşır və nömrəni yığır. Həmin sehrli səs artıq qocalıb. Səsininsahibinin adı Salli imiş. Salli ona ünvanını verir. Polardsa onun mütləq görüşəcəyinideyir. Belə də olur. Amma...

PolardSallinin evinə gələndə bir qız ona qadının bir neçə gün qabaq öldüyünü deyir.

Bu ölüm xəbərininüstünə qəfil zaldan azan səsi gəlir. Və zala çönürəm... Bəzi adamlar qabaqcadanözləri ilə su butulkası gətiriblər. Azan səsini eşidən adamlar oruclarınıaçırlar. Amma o sehrili səs kim idi?


İradə İsakın yazısını xatırladım.

"İllərdirondan ayrılan Fuad Poladov isə son nəfəsinə qədər sevgisi Vəfanınyastığının yanından əl çəkmədi. O, arıqlayıb çuxura düşmüş üzünü, damarlı əlləriniöpə-öpə Vəfaya çirkinləşdiyini bildirmədi. Onun tökülmüş saçlarını daradı. VəfaFuad Poladovun qollarında keçindi".


Tamaşanınsonunda sonuncu kart açılır. Böyük ekranda Fuad Poladovun şəkli görünür. Hə,deməli, o sehirli səsin sahibi Vəfa xanım imiş. Polardsa dediyim kimi FuadPoladov. Onlar tamaşada da qovuşa bilmədilər.

Alqış səsləribaşlayır. Mənsə hələ də Fuad Poladovun şəklinə baxa-baxa ətrafdan təcridolmuşam. Tamaşa boyu bircə kəlmə belə kəsmədiyim, utandığım Gülzar Qurbanova mənətərəf əyilir:

- Bu, Fuad Poladovdur. Onu ayağa qalxıbalqışlamasan ayıb olar.

Arxaya çönəndəgördüm ki, hamı ayaq üstə əl çalır. Utandım. Mən bu vaxta kimi heç bir teatrdabu qədər uzun və coşğulu alqış səsi eşitməmişdim.

Fuad Poladovekrandan bizə baxırdı. Çox böyük baxırdı, çox. O, öz tələbəsi Hikmətinoyunundan da, bu tamaşanı ərsəyə gətirənlərin işindən də məmnun idi. Və sankideyirdi:

Sevgilim, mənöləndə,

Bir küncdəxısın-xısın

Ağlayacaqsanmısən?

Elə bil bu dəqiqə hərə bir küncə çəkilibxısın-xısın ağlayacaqdı...


27 may 2019