Bu ərazilərdə qaz olmayacaq

Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Adalet.az xəbər verir ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər Xəbərlər

Küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Ağdaşda nöqsanların aşkarlandığı ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırıldı

Xocalıda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapıldı
