Bu ərazilərdə qaz olmayacaq
Bu gün Qaz İxrac İdarəsinin balansında olan "Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər "Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27