02 Mart 2022 14:22
483
MƏMLƏKƏT

BU DÜNYANIN YİYƏSİ YOXDU

«Dolu» filmində belə bir yer var. Komandir gəlir Katibin yanına. Katib də əsəbi, Mərkəzi Komitəylə dava-dalaş edib telefonu qoyur yerinə.

Komandir:

- Bəs, dərdimizi kimə deyək? Bu rayonun yiyəsi sənsən.

Katib:

- Rəhmətliyin oğlu, nə yiyə, nə rayon? İndi ölkənin yiyəsi yoxdu.

- Onda ümid qalıb Allaha.

İndi baxıram Rusiyanın Ukraynaya savaş açmağına, özü də XXI əsrdə, belə qərara gəlirəm ki, ölkələrin yiyəsi var ey, dünyanın yiyəsi yoxdu və ümid Allaha da qalmayıb. Çünki dünyanı dağıdanlar Allahsızlardı.