adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyul 2020 13:20
55863
ƏDƏBİYYAT

Bu boyda Sarayda bir təmiz Adam tapılmadı ki... - Rəbiyyə Zərdabi yazır

Keçmişdə bir Adam çox ac vəyorğun olur. Dözməyib padşahın bağından bir armud oğurlayıb yeyir.Yazığıtuturlar.Şahın hüzuruna gətirirlər. Deyir:

- Şah sağ olsun, çox ac idimona görə oğurladım.Məni bağışlasanız Sizə qeyri-adi hədiyyəm olacaq.

Şah deyir:

-Acından armud oğurlayıb yeyəninŞaha nə hədiyyəsi ola bilər?

Kişi ovcunu açır, yediyi armudundənələrini göstərir və deyir:

-Bunu əksəniz bir günün icindəqızıl armudlar verən ağacın yaşıllandığını görəcəksiniz... Amma o toxumları mənəkə bilmərəm, çünki mən oğruyam. O toxumu həyatında əlini harama vurmamış birAdam əkməlidir... Heç vaxt heç kimin haqqına girməyən biri əkməlidir. Əks tədqirdəAğac o adamı zəhərləyər və öldürər. Məsələn, Şahım Siz əkin...

Şah xeyli fikirləşir və deyir:

-Mən bağban deyiləm.Toxumlarıver Vəzirimə.

Vəzir deyir:

- Şah sağ olsun, vallah mən çoxbacarıqsızam.

Kimə deyildisə min bəhanə ilətoxuma əl vurmurlar.

Şah xeyli fikirləşir:

-Bu armud oğrusunu çox incitməyək,toxumun necə qızıl verdiyini biz ona göstərək.

Xəzinədara tapşırır ki, ordanbir kilo qızıl gətir ver oğruya. Bunu görən bütün əyanlar hərəsi bu armud oğrusunabir qızıl uzadır.

Şah gülərək deyir:

- Get!Verdiyin dərs hamımızaçatdı!

Oğrubir kilo qızılla sarayı tərk edir. Gedəndə də öz-özünə deyir:

-Buboyda Sarayda bir təmiz Adam tapılmadı ki, bu armud toxumlarını əksin.