Bu bir ilk: Lavrov saxta soyqırım abidəsinin ziyarətini proqramdan çıxarıb
Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda səfərdə olarkən ermənilər onun gəlişinə etiraz ediblər.
Adalet.az xəbər verir ki, erməni mediası bununla bağlı faktlar açıqlayıb.
Hraparak yazır ki, ənənəyə uyğun olaraq, "Naməlum Əsgər"in (1941-45 abidəsi)məzarı önündə əbədi məşəl önünə gül dəstələri qoyulacaq:"Erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulacaq.
Bu gün öyrəndik ki, erməni soyqırımı memorialına ziyarət Lavrovun gündəmindən çıxarılıb. O, yalnız "Naməlum Əsgər" abidəsinə əklil qoyub, Soyqırım Memorialını ziyarət etməyib, sadəcə əklil göndərib. Ola bilsin ki, bu, Ermənistan hakimiyyətinin tələbi və Rusiya xarici işlər nazirinin razılığı ilə proqramdan çıxarılıb. Rəsmi izahat budur ki, səfər proqramı doludur və Sergey Lavrovun Soyqırım abidəsini ziyarət etməyə vaxtı yoxdur, ancaq "Naməlum Əsgər" abidəsini ziyarət etmək və əklil qoymaqla kifayətlənib- deyə nəşr qəzəblə yazıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə birgə mətbuat konfransında deyib ki, 2022-ci ilin oktyabrında Praqada verilən və ona görə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu Almatı bəyannaməsinə əsasən Dağlıq Qarabağın mənsubiyyəti məsələsinin həll edilməli olduğu bəyanatı bizim üçün gözlənilməz oldu:
“Bu, bizim üçün gözlənilməz oldu, çünki 2020-ci ilin noyabrında hərbi əməliyyatlar gedəndə Rusiya, Ermənistan və Azərbaycan liderləri Qarabağın mənsubiyyəti məsələsini bilərəkdən açıq qoydular”. Qarabağın statusunun gələcəyə buraxılması centlmen razılaşması idi. "Ancaq baş verənlər oldu."
Erməni politoloqlar Lavrovun bu açıqlamasını Rusiyanın Qarabağdakı hadisələrin məsuliyyətini baş nazir Paşinyana yükləmək fikri ilə dediyini iddia edirlər.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

