Bu avtobuslara nəzarət gücləndiriləcək - Foto
"Yeni avtomobillər sınaqdan keçirilib və artıq bu gündən etibarən istifadəyə verilib”.
"BakuBus" MMC şirkətə məxsus avtobuslara nəzarət sistemini gücləndirir. Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, bu məqsədlə "BakuBus" avtobuslarının xəttə buraxılan vaxtdan fəaliyyətə başlayan şirkətin nəzarət xidməti üçün yeni avtomobillər alınıb:"Bundan əvvəl nəzarət xidmətinə məxsus 2 avtomobil var idi. Lakin bu yaxınlarda "BakuBus" xidmətin fəaliyyətini gücləndirmək məqsədilə 2 "NAZ Lifan" markalı avtomobil alıb. Nəzarət xidmətinin yeni avtomobilləri "BakuBus"ın təlim mərkəzində sınaqdan keçirilib və artıq bu gündən etibarən istifadəyə verilib".