Bu 2 şirkət işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirib
Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşlara məxsus pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb.
Adalet.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Recent Group” və “Area Alfa Group” MMC-lərin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə araşdırma aparılıb.
İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.
Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
19 Dekabr 2025 19:04
Kamran Əsədovla bağlı QƏRAR VERİLDİ
18 Dekabr 2025 13:29
Prokuror Ruben Vardanyana ömürlük həbs istədi
16 Dekabr 2025 19:27
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
16 Dekabr 2025 12:05
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
15 Dekabr 2025 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edildi
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31


Bakı -°C

