adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 May 2022 11:16
454
SİYASƏT

Brüssel görüşü yenə İrəvanı “alovlandırdı”: "5 fəlakətli saat", güclənən etiraz, XİN-in mühasirəsi...

Ötən dəfə ki - 6 apreldə ba tutan Brüssel görüşünün nəticələrini Azərbaycan Prezidenti İlham Əliyev müsbət qiymətləndirmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirmişdi ki, sülh sazişi ilə bağlı Azərbaycanın təqdim etdiyi təkliflərdə Ermənistan üçün "qəbuledilməz bir şey yoxdur ".

Brüsseldə elə həmin ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşdıqlarını bildirdilər.

Elə Ermənistanda nə baş verdisə o razılaşmadan sonra baş verdi. Ermənistan müxalifəti aprelin 25-dən bu günə qədər küçələrə töküldü, Ermənistan baş nazirinə qarşı etiraz aksiyaları keçirməyə başladı. Hazırda müxalifətin bildirdiyi kimi dinc aksiyalar davam edir və Paşinyan istefa verməyənə qədər davam edəcək.

 

Sayca 3-cü Brüssel görüşünün effekti

2022-ci il mayın 22-də Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirildi. Azərbaycan tərəfi, xüsusən politoloqlar görüşün təhlilini verməmiş Ermənistanın siyasi icmalçıları və politoloqları “gözlənilən uğursuzluqları şəhr etməyə başladı. Məsələn, erməni türkoloq Varujan Qalstyan Brüsseldə keçirilmiş üçtərəfli görüşü şərh edərkən dedi ki, Azərbaycanın Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları Bakının nəzarətinə keçir.

Ermənistan “artsax”ın “statusu” uğrunda mübarizə aparmaqdan birdəfəlik imtina etdiyini təsdiqləyib” deyən Qalstyan Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları (Qazax rayonuna aid 7 kənd və Sədərək rayonunun Kərki kəndi) Azərbaycana təhvil verəcəyi anlamına gəlir- deyə vurğuladı:”. Yəni ərazi Azərbaycana təhvil veriləcək və ondan sonra biz oradan xüsusi icazə ilə keçə biləcəyik. Burada Gorus-Qafan yolununu xatırlamaq yerinə düşər”.

Erməni cəmiyyəti məhz belə Brüssel görüşünün erməni ziyalıları tərəfindən belə dəyərləndirilməsindən sonra paytaxt İrəvanın Fransa meydanında hadisələr daha da kəskinləşdi.

Adalet.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan müxalifəti səhər saatlarından başlayaraq paytaxt İrəvanın mərkəzində yenidən kütləvi etiraz aksiyalarına başlayıblar.

Bunu müxalifətin “Müqavimət” hərəkatının liderlərindən biri İşxan Saqatelyan deyib. O bildirib ki, :” Səhər tezdən etirazçılar Respublika meydanına doğru irəliləyiblər. Sonra Xarici İşlər Nazirliyinin binasına tərəf yürüş ediblər.Hazırda isə etirazçılar giriş və çıxışları bağlamaq məqsədilə Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıblar”.

Nikol Paşinyanla İlham Əliyev arasında istənilən razılaşma etibarsızdır və müxalifət Ermənistanın və “Dağlıq Qarabağ”ın (qondarma Artsax) maraqlarının təslim olmasına imkan verməyəcək”.

Qeyd edək ki, Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan da açıqlamasında “Brüsseldə "5 fəlakətli saat" keçirildi, nəticəsi isə Ermənistanın daha bir məğlubiyyəti oldu” sözlərini dilə gətirib.

Əntiqə Rəşid