Britaniya Belarusa qarşı sanksiyaları genişləndirir
Böyük Britaniya hökuməti Belarusa qarşı bəzi malların idxal və ixracını məhdudlaşdıran yeni sanksiyalar paketi tətbiq edib.
Bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Yeni sanksiyalar paketi Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayaraq Rusiyanın hərbi əməliyyatlarına fəal töhfə verən Prezident Aleksandr Lukaşenko və onun rejiminə iqtisadi təzyiqi artırır”, - deyə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib.
Sanksiyalar siyahısının yenilənmiş variantı hələ dərc edilməsə də, tətbiq edilən sanksiyalar Belarusdan qızıl, oduncaq, kauçuk və sement idxalına qadağa qoyur. Həmçinin Belarusa sənaye avadanlıqlarının, əsginasların, kimyəvi və bioloji silahların yaradılması üçün istifadə oluna biləcək malların tədarükünə də məhdudiyyətlər tətbiq ediləcək.
Digər Xəbərlər
26 Dekabr 2025 20:33
Türkiyə, Misir, Somali və Cibuti İsrailin Somalilendi tanımaq qərarını pisləyiblər
26 Dekabr 2025 19:00
Rusiya Ukraynanın itkilərini yenilədi
26 Dekabr 2025 18:29
“Türkiyəyə qarşı Netanyahunun koalisiya planı uğurlu olmayacaq”
26 Dekabr 2025 16:54
İsraildə terror - Ölən və yaralananlar var
26 Dekabr 2025 13:53
Özbəkistandan tarixi uğur: ilk peyk və kosmonavtını kosmosa göndərir
26 Dekabr 2025 13:41
Türkiyədə terror planlaşdıran şəxs saxlanıldı
26 Dekabr 2025 10:52
Türkiyədə yenidən qanunsuz mərc oyunları ilə bağlı həbslər başladı
26 Dekabr 2025 10:46


Bakı -°C

