03 Iyun 2025 10:27
294
İQTİSADİYYAT

“Brent” bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0.20% artaraq 1 barelə görə 64.76 ABŞ dolları təşkil edib.

Adalet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.32% artaraq 62.72 ABŞ dollarına bərabər olub.