adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Iyun 2023 12:03
230
GÜNDƏM

BQXK bu yaxınlarda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkdi

Ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları bu yaxınlarda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Adalet.az-a bildirib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.