adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Noyabr 2017 17:20
26570
MƏMLƏKƏT

BÖYÜRDÜLƏN DANALAR, AXAN QANLAR…

Bu anları, bu məqamlarıgörmək və ona baxmaq çox ağırdır. Hətta o qədər ağırdır ki, bəzən o anları görəndəgecələr də yuxuna bu səhnələr girir. Və həmin səhnələr təkrar-təkrar adama rahatlıqvermir. Əgər böyüklər bu anları yuxularında görürsə və o yuxular onlara rahatlıqvermirsə, bax, onda görün balaca uşaqlar bu səhnələri görəndə hansı anlar yaşayırlar.

Bir çoxları elə təsəvvüredəcək ki, biz hansısa ölümsaçan filmin səhnəcəkilərindən danışmaq istəyirik. Düzdür,bu anlar bir az filmə də bənzəyir; bir az insana qorxu gətirir, bir az da onu düşünməyəvadar eləyir. Amma bizim danışacağımız mövzu film qədər maraqlı olsa da, ancaq biro qədər də qorxulu deyil. Qorxulusu odur ki, bu anlar, bu məqamlar Bakıda hər güntəkrarlanır və onu da məktəbli uşaqlar görürlər…

Yəqin siz də səhərtezdən ət köşklərinin yaxınlığındakı ağaca kəndirlə bağlanmış danaları və inəklərigörürsünüz. Onların ölüm səhnəsi, yəni kəsilmə anları səhər saat 6-7 arasında başverir. Bizim evin yanında da bir neçə belə ət köşkü var. Və qəsablar da hər səhəro danaları, o inəkləri kəsirlər…

Bir gün səhər 6-nınyarısı olardı. Qəribə bir dana böyürtüsü eşitdim. Kənd adamı olduğuma görə, danalarınböyürtüsünü və harayını çox eşitmişəm. Amma o böyürən dana kimi böyürtü eşitməmişdim.Sanki dana böyürmürdü, insanları köməyə, haraya səsləyirdi. Dana böyürdü, böyürdü,axırda da səsi birdən kəsildi. Necə birdən böyürürdüsə, elə səs də birdən batdi...

Özümü saxlaya bilməyibevimizin yanında yerləşən ət köşkünə getdim. Bizim evdən ora 150 metr məsafədir.Gördüm ki, artıq qəssab dananı kəsib və onu soymağa başlayır. Dedim ki, ay qardaş,bu dana yazığı niyə belə böyürdürsən, axı o da canlıdır? Elə olmazmı ki, onu normalqaydada kəsəsən? Qəssab diqqətlə mənə baxdı və sonra da dilləndi:

- Qardaşım, mənimvəzifəm qəssablıqdı. Tay o dana necə böyürəcək, necə haray salacaq bunun mənə dəxliyoxdur. Gündə bir-iki heyvan kəsirəm. Onun biri böyürür, biri buynuz atır, biridə bıçağa gəlmir. İndi mən bunlara fikir versəm, gərək onda mal-qoyun kəsməyəm vəcamaata da ət satmayam. Bəs onda nə etməliyəm?

Qəssabı yenidən sorğu-sual etdim. Dedim ki, bax, o biri heyvanların gözündənyaş axır. Elə bilirsən heyvandı deyin, onun ürəyi, qorxusu yoxdur? Heyvan olandanoolar, axı o da canlıdır. Heç olmasa kəsdiyin heyvanı digərinin gözünün qarşısındakəsmə. Bəlkə belə etsən o biri heyvanlar da qorxmazlar. Qəssab gülümsəyərək dedi:

-Ay əmioğlu, elə bilirsən mən kef eləyirəm?Gəl görüm bunun birini kəsə bilərsən? Bunu da kəsməyə ürək lazımdı ey! Görürəm sənheç indiyə kimi toyuq başı da kəsməmisən. Amma düzdür, mən bunları kəsirəm. İnanın,gecələr heç vaxt rahat yata bilmirəm. Gözümə yuxu gedən kimi görürəm ki, kəsdiyimbu dana, çöngələr buynuzuna alıb məni yuxarı qaldırır və yerə çırpır. Yerənecə çırpılıramsa, birdən qəfil yuxudan oyanıram. Görürəm ki, yuxudu, sevinirəm.Sizə bir sirr açım da. Tanıdığım qəssabların heç biri öz əcəliylə ölməyib. Biribinadan yıxılıb ölüb, birini maşın vurub, birini də qonşusu bıçaqlayıb. O gün birqəsab vardı, gözünün ağı-qarası bir oğul atasydı. Onun bir oğlunu da maşın vuruböldürüb. Bilmirik, nə günah eləmişik ki, qabağımıza çıxır? Elə mənim özüm də necəöləcəm, indidən düşünəndə tüklərim biz-biz olur. Deyirlər ki, camaatı çəkidə aldadırıq,kiminsə haqqını yeyirik. Deyilənlərdə həqiqət də var. Ancaq bunu eləməsək, ev-eşikdüzəldə bilmərik, özümüzə bir gün ağlamaq çətin olar. Gərək o əlləm-qəlləm işləri eləyək ki, yaxşı pulqazanaq. Şükür Allaha, gündə 100 manata yaxın qazancım olur. Hələ müdirin, itin-qurdunpulunu demirəm. De görüm, sənin bu qədər gəlirin olur? İmkanın varsa, gəl, mənəkömək elə, sənə 20 manat verəcəm. Amma görürəm sən bacaran iş deyil. Üst-başındanintelligentə oxşayırsan. İntelligentin isəişi kimlərəsə məsləhət verməkdir. Sənin məsləhətinəisə ehtiyacım yoxdur.

Hansıqəsabxanaya getsən təbii ki, bu cür mənzərə ilə üzləşərsən. Kim harda gəldi birət köşkü açıb və orda da ət satışı ilə məşğuldur. Səhərlər bu cür səhnələr bütün ət köşklərindətəkrarlanır. Hansı ki, Bakı şəhərində mövcud qanunla harda gəldi ət satışı təşkiledilə bilməz. Amma Bakının Əhmədli, Köhnə Günəşli və Yeni Günəşli yaşayış sahələrindənə az, nə çox yüzlərlə bu cür ət köşkləri var. Və həmin ət köşklərinə də müxtəlifimkanlı adamlar nəzarət eləyir. Məsələn, bir adamın üç-dörd yerdə ət köşkü var və üç-dörd yerdə o adam ət satışı ilə məşğuldur.

İndigəlin görək, ət köşklərində kəsilən heyvanların əti səhər saatlarında baytar nəzarətindənkeçirmi? Əhmədlidəki və Günəşlidəki bir neçə ət köşkünə baş çəkdik. Orda ətin satışıilə maraqlandıq. Qəsablardan birii saat 7 radələrində dedi ki, heyvanları kəsmişəm,doğramışam da. Hamısını da yuxarıdan asmışam. Baytar həkim gələndə möhür vuracaq.

Axı,bu ətin xeyli hissəsini satıbsınız. Bəs buqanun pozuntusu deyilmi?

Qəssab əsəbləşdi və dilləndi:

-Ay kişinin oğlu, sənə ət lazımdı, de ətini verim rədd ol get! Tay nə durub mənədastan açırsan? Biz özümüz bilərik, həkim gələcək, gəlməyəcək. Bir də bilmirsənki, həkimlər necə işləyir? Bir azdan gəlib pulunu alacaq, peçatını da vuracaq. Hələüstəlik üç-dörd kilo da ət götürəcək.

Qəssabdiqqətlə mənə baxıb sözünə davam elədi:

-Üst-başından demoqoq adama oxşayırsan. Gəl sənə də müftə bir kilo ət verim. Yoxsagedib orda-burda ağzına gələni danışmayasan.

Qəssabın təklifinə rədd cavab verəndən sonra o, möhkəməsəbləşdi. Əlini baltaya atdı və cin vurdu başına:

-Vallah, səni bu balta ilə tikə-tikə doğrayaram. Səhər-səhər mazqimi niyə pozursan?Bilmirsən ki, biz qəssabların əsəbləri yerində deyil? O günü biri gəlib sarsaqladı,qulağının dibinə bir yumuruq ilişdirdim özündən getdi. İndi elə eləmə ki, əlimdənxəta çıxsın...

Həminyerdən uzaqlaşıb başqa bir ət köşkünə yaxınlaşdıq. Orda isə başqa mənzərənin şahidiolduq. Qəssabın üzü tüklü idi, əynində də xalatı yox idi. Bu iradları ona bildirəndəqəssab çox sakit halda:

-Əmioğlu, noolsun ki, üzüm tüklüdü. Zato kəsdiyim ət çiçək kimi təimzdi. Görürsən,nə qədər adam növbəyə durub. Bu elə-belə ət deyil ey, Qarabağın otunu yemiş, suyunu içmiş, havasını udmuş dananınətidi. Elə bilirsən on bir manata dana əti verirlər? Gedib o yarmarkadan qocalmış camışətinin kiloqramını dörd-beş manata alırsınız, elə bilirsiniz ki, yönlü ət yeyirsiniz.Bəs bilmirsiniz, ucuz ətin şorbası olmaz?

Digər ət köşkündə isə vəziyyət başqa cür idi. Burdaalıcılar qəsaba deyirdi ki , ay kişi, səndən 300 metr kənarda bir qəssab dana ətininkiloqramını 11 manata satır, sən isə bizi hərifləyib 11 manat yarıma verirsən. Heçinsafın yoxdur? Özün də əlləm-qəlləm adama oxşayırsan, tərəzin də düz deyil. Keçəndəfə səndən iki kilo ət aldım, evdə arvadım tərəzidə çəkdi, 300 qram əksik gəldi.Arvad da başıma bir qapaz ilişdirib dediki, ay kişi, mən səni belə fərsiz bilmirdim. Allahın bir qəssabı səni aldadır. Duxuvar, məni aldatsın görüm necə aldadır? Onun bu barmağımla iki gözünü basıb çıxararam.

Heyvanlarınözünün də hüquqları var. Onları küçənin ortasında, uşaqların gözünün qabağındaböyürdə-böyürdə kəsmək vallah, böyük günahdı. Çünki böyürdülə-böyürdülə kəsiləndananın qanı axanda o uşaqlar bu səhnəni görür. Bu səhnəni görən uşaqlar isə hansıanlar yaşayırlar, onu bir Allah bilir. Bu səhnəni görən uşaq sabah, birisi gün qorxudan sarılıq xəstəliyinə də tutula bilər.

Qətiyyən bu qəssabəmilərin, qəssab dayıların vecinə deyil. Görün, ölkəmizdə nə qədər nəzarət orqanlarıvar. Heç olmasa barı qəssabların vecinə olmasada, həmin nəzarət orqanında işləyən vəzifəli şəxslərin vecinə olsun. Yəni onlarhərəkətə gəlib bu qanunsuzluqların qarşısını alısnlar, ət satışındakı özbaşınalıqlarabir nöqtə qoysunlar.

Faiq QİSMƏTOĞLU