adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2019 18:43
47369
MƏDƏNİYYƏT

BÖYÜK TARZƏN RAMİZ QULİYEV HAQQINDA EPOPEYA

(əvvəli ötənsayımızda)

Musiqi haqqındabu dahiyanə deyimlərdən sonra yazıçı Ramiz Quliyevi geniş diapazonlu, nadir,ecazkar ifaçılıq qabiliyyətinə, yüksək səhnə mədəniyyətinə, özünəməxsusfüsunkar, əlvan ifaçılıq çalarlarına, koloritli, yüksək bədiiliyi, bəşəriduyğularla aşılanmış melodiyalara malik bir fenomen kimi təqdim edir.Buna əlavəolaraq səhnə mədəniyyətinin böyük şərtlərindən olan yüksək zövqlə, təmiz geyimiilə, səhnədə duruşu,oturuşu, biləklərini çirmələməsi, tarı sinəsində həmişəvüqarla tutması bu fenomeni tamamlayır.

Və bütünbunlardan sonra Ramiz Quliyev Azərbaycan mədəniyyətinin inkişafında müstəsnaxidmətləri olan böyük sənətkar, Tanrı vergisi olan dünya şöhrətli ifaçı, təkrarolunmazsəhnə ustalığı, unikal musiqi duyumuna malik tarzən, planetimizin ən yaxşısimfonik orkestrləri ilə misilsiz uğurlaçıxış edən musiqiçi kimi təqdim olunur.

Yazıçı Şəhrizadınikinci nağılı ilə, daha doğrusu əsərin ikinci fəslində Ramiz Quliyevin soykökünə işıq salır. Böyük Məmməd Arazın dili ilə desək, "Bu insan adlananinsan" elə bir varlıqdır ki, o, öz soy kökündən heç vaxt ayrılmır."Ot kökü üstündə bitər" deyib babalar. Dünya alimlərinin kəşfi belədirki, insana məxsus genlər min illər keçsə də itmir, nəsildən-nəsilə bu genlərinmüsbət və ya mənfi nümunələri keçicidir və tale elə gətirib ki, Ramiz Quliyevöz soy köklərindən ən yaxşılarını əxz edə bilib".

Mənim dətanıdığım Ramiz Quliyev öz insani keyfiyyətləri ilə heç də sənətkarlıq keyfiyyətlərindənkənarda qalmır. Onun üzündə həmişə insanlara xoş təsiri ilə görünən bir təbəssümcilalanır. Bu yerdə babalardan qalma bir məsəl də yada düşür: "Alim olmaqasandır, adam olmaq çətin".


İnsanın gözəlliyihəm də onun dünyaya gəldiyi, boya-başa çatdığı diyardan yan keçmir. Və yazıçıelə bunu da yaddan çıxarmayıb. Onun göz açıb boya-başa çatdığı Ağdamın gözəlliklərindənbəhs edən yazıçıya üz tutub demək istəyirəm ki, hörmətli Rafiq Hacıyev yəqinki, siz onun ən böyük gözəlliyini ağdamlı olduğunuza görə mənim kimi görə bilməmisiniz.Bu ancaq ağdamlılara məxsus fədakarlıqlardır və bundan yuxarıda mən qısaca daolsa qeyd etdim.

Elə RamizQuliyevə də dünya şöhrəti gətirən bütün keyfiyyətlərinin əsasında deyərdim ki,ilk növbədə onun fədakarlığıdır. Bu fədakarlıq olmasaydı o, nail olduğu zirvələrəyüksələ bilməzdi.

Ramiz Quliyevepopeyasının üçüncü fəsli onun gözəlliklər diyarı olan Ağdamdan vəcdə gəlibmusiqiyə, onun şah damarlarından olan muğama, tara necə bağlandığından bəhsolunur. "Segah" onun iqtidarını əlindən alır, onun ürəyinə elə bir qətiyyətləişləyirdi ki, gənc oğlan sarsıdıcı, coşğun bir hissin sel kimi axıb gələn qəlbinədolduğunu və bir anda damarlarına dolub onu titrədir.

Bu fəsildəyazıçının muğama, onun zirvəsində dayanan "Segah"a verdiyi təsvir dədiqqətəlayiq bir musiqişünas alimin verdiyi dəyərdir.

Əsərin dördüncüfəsli (və ya Şəhrizadın Ramiz Quliyev barədə danışdığı dördüncü nağıl) sənətkarınAğdam torpağında cilalanmasından, onun ilk müəllimlərindən, ilk uğurlarından bəhsedir.1962-ci ildə hələ 15 yaşlı Ramiz Quliyevin Moskvada Xalq TəsərrüfatıNailiyyətləri Sərgisində çıxış edib qızıl medala layiq görülməsi artıq onunböyük gələcəyindən xəbər verirdi. Əsərin dördüncü fəsli elə bu böyük gələcəyinbaşlanğıcına çevrilir, onun respublikanın paytaxtı Bakıya gəlib korifey sənətkarlarınəhatəsinə düşməsindən, Üzeyir Hacıbəyli adına Azərbaycan DövlətKonservatoriyasında təhsilə başlamasından, musiqi nəzəriyyəsinin dahasirli-sehrli dərinliklərinə baş vurmasından bəhs edir.

Ramiz Quliyevistedadlı pedaqoq Adil Gərayın sinfində oxusa da, Mirzə Sadıq Əsəd oğlunun tarməktəbini məharətlə davam etdirsə də, Qurban Pirimov, Əhmədxan Bakıxanov, BəhramMənsurov, Hacı Məmmədov, Əhsən Dadaşıv kimi ustad sənətkarlardan öyrənsə də,onların təsirinə düşmür, öz orijinallığı ilə seçilən xüsusi bir məktəb yaradır.

Yazıçı bu məktəbiyaratmaqda qəhrəmanına məxsus xarakter cizgiləri, onun təbiətindəki qızğınlığıvə həssaslığı, qayda-qanuna, vaxtın dəyərinə yüksək qiymət verə bilmək bacarığından,insanın ən böyük düşməni olan tənbəlliyə nifrətindən bəhs edir. Onun təbiətindəkiqeyri-adi ciddilik onun yüksəlməsinin əsaslarından biri idi.

Bu fəsil RamizQuliyevin Azərbaycan Dövlət Konservatoriyasını qırmızı diplomla - fərqlənmədiplomu ilə bitirməsilə başa çatır.

Epopeyanınbeşınci fəsli Ramiz Quliyevin artıq yetgin bir sənətkar kimi o zamankı SSRİadlanan nəhəng bir məkanın böyük şəhərlərindən, onun paytaxtında keçirilən əzəmətlitədbirlərdə görünməsindən və hər birindən böyük uğurla qayıtmağından bəhs edir.Moskva Dövlət Estrada Teatrının ağzınacan dolu tamaşa salonunda, 75 nəfərmusiqiçinin, dirijorun, musiqişünasın, rejissorun və ölkənin neçə-neçəadlı-sanlı sənətkarlarının daxil olduğu münsiflər heyətinin qərarı ilə onaümumittifaq müsabiqəsinin laureatı diplomunun verilməsi artıq əzəmətli gələcəyinbaşlanğıcı olur.

Artıq böyük sənətkarkimi ona müxtəlif adlar - əməkdar artist, xalq artisti adları verilir.

Əsərin növbəti fəsliçox əsrarəngiz həyəcan doğuran bir epizodla başlayır. Türkiyəyə qastrol səfərindəCahangir Cahangirovun "Ana" mahnısını ifa edərkən ağbirçək bir anazaldan səhnəyə çıxaraq Ramiz Quliyevin mizrab tutan barmaqlarını öpmək istəyir.Ramiz buna imkan vermir və gurultulu alqışlar altında həmin ağbirçək ananın şərəfinəmahnını təkrar çalarkən bütün zal ayağa qalxıb onu alqışlayır.

Necə böyük birxoşbəxtlik!

Fəsildə dahasonra Ramiz Quliyevin tarının səsi Səmərqənddə keçirilən III Beynəlxalq musiqisimpoziumundan, buradakı çıxışlarına görə dünyanın ən müxtəlif ölkələrininböyük sənətkarlarının onun haqqında söylədikləri çox dəyərli fikirlərdən, dahasonra Amerikada Folklor Musiqisi Cəmiyyətinin 100 illiyinə həsr olunmuş Beynəlxalqfestivaldan, Yaponiyada keçirilən Böyük İpək Yolu festivalından, Almaniya,İraq, İran, Misir, Suriya, Afrika respublikaları, İngiltərə, Fransa, Pakistan,Əfqanıstan, Hindistan, Banqladeş, Hollandiya, İsveç, Belçika, Türkiyə, OrtaAsiya respublikalarında və dünyanın neçə-neçə şəhərlərində keçirilən qastroltamaşalarından gəlir.

Əsərin yeddinci fəslindəmuğamatın inkişafında tarın rolu, Ramiz Quliyevin bu sahədə fəaliyyətindən bəhsedilir. Yazıçının tarın incəlikləri barədə yazdıqları, müxtəlif muğam növlərinəverilən izahatlar və bunların hər birinin Ramiz Quliyev yaradılıcığına köklənməsimüəllifin çox böyül musiqiçi qüdrətinə dəlalət edir.

Əsərin növbəti səkkizincifəslində tarzənin muğamın hər bir növünə necə ustalıqla , özünəməxsusyaradıcılıqla yanaşmasından bəhs olunur. Ramiz Quliyevin ifasında"Segah", "Xaric segah", "Orta segah", "MirzəHüseyn segahı" və eləcə də muğamın digər növlərində onun özünəməxsus ifaüslublarından bəhs olunur. Bu üslublar isə tarzənin barmaqlarının pərdələr üzərindəhərəkətləri, müxtəlif keçidləri ilə əlaqədardır. Böyük musiqi xadimləri RamizQuliyevin bu sahədəki priyomlarına xüsusi təhlil və qiymət verirlər.

Əsərindoqquzuncu fəslində tarın ecazkar musiqi aləti olması ilə yanaşı, tarzənin əlində onun necə perspektivlər açabildiyindən, böyük tarzənə yeni dövlət mükafatları verilməsindən söhbət gedir.Bu yerdə müəllifin "Vətəni oğullar tanıdar" ifadəsi də çox böyük dəyərəmalikdir. "İnsan" adlanan bu möcüzəli varlıq elədir ki, o, öz Vətəni,doğulduğu şəhəri, kəndi, hətta obası ilə və ən başlıcası da xalqı ilə və onuniftixarı olan oğul-qızları ilə fərəhlənməlidir. Əgər onda bu fərəh yoxsa ondanvətənpərvər dediyimiz oğul, qız da gözləmək olmaz.

Ramiz Quliyev məhzbütün xalqımızın iftixarıdır.

Əsərin son fəslindəmüəllif çox vacib bir məqama da baş vurur. İnsanın ən böyük, ən bəşəri vəzifələrindənbiri də vətəninə, xalqına yaxşı övladlar verməkdən, yetişdirməkdən ibarətdir.Kitabın son fəslində müəllif bu sahədə də Ramiz Quliyev fenomeninə çox yüksək dəyərverir, onun özü ilə bərabər xalqına bəxş etdiyi övladları da özü qədər dəyərlidir.

Yuxarıda RamizQuliyevin soy kökü ilə əlaqədar bir el misalını yada salmışdım. Bu yerdə isə mənimmənsub olduğum zonada - Şəki-Zaqatala zonasında işlənilən bir məsəli yadasalıram: "Qoz ağacında şabalıd bitməz".

Bu yerdəQarabağın böyük iftixarı olan Əhməd bəy Ağayevin adını (Türkiyədə Ağaoğlu adıilə məşhurdur) çəkməmək olmaz. Onun haqqında Türkiyədə dərc olunmuş kitabdayazılır: "Əhməd Ağaoğlunun türk xalqı qarşısındakı xidmətlərini saymaqlaqurtarmaz (bunu əlavə edim ki, Böyük Mustafa Kamal Atatürkün baş müşaviri, 5dünya universititetinin fəxri professoru olmuşdur). Lakin onun ən böyük xidmətiTürk xalqına 5 gözəl övlad bəxş etməsidir. Oğlu Səməd Ağaoğlu Böyük Türk MilliMəclisinin deputatı olmuşdur. Qızı Sürəyya Ağaoğlu Beynəlxalq Qadın Vəkillərassosiyasının ilk prezidenti olmuşdur. Son zamanlara qədər yaşayan SürəyyaAğaoğlu bir neçə il əvvəl dünyasını dəyişmiş, onun ölümü haqqında kütləviinformasiya vasitələrində qısa bir məlumat verilmişdir.

Ramiz Quliyevinyetirməsi olan oğlu Əyyub Quliyevin də şöhrəti Azərbaycan sərhədlərini keçmiş,adı gənc istedadların "Qızıl kitabına" yazılmış, Azərbaycan DövlətOpera və Balet teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı MusiqiAkademiyasının dosenti, əməkdar artist, Beynəlxalq müsabiqələr və"Humay" Milli Mükafat laureatı adına layiq görülmüşdür.

Ailəsinin hərbir üzvü də iftixar olunacaq səviyyədədirlər.

Ramiz Quliyevə ənböyük arzumuz doğma yurduna, Ağdama qayıtmaq arzusu, bir də ki, möhkəm cansağlığı ilə uzun ömür yaşamasıdır.

Rafiq Hacıyevəisə çox əzəmətli bir yaradıcılıq, tədqiqat işinə görə dərin minnətdarlığımıbildirirəm.