adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Aprel 2017 09:28
77385
MÜSAHİBƏ

"Böyrək daşının müalicəsində gecikmək..." - Seymur Kərimov

Böyrəklər bədənimizin ən önəmliorqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdənsüzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdənkeçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsızmaddələr isə orqanizmdən atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədərönəmli olduğunu göstərir.

Müsahibimiz "CaspianInternational Hospital”ın uroloq-androloq cərrahı, uzman həkim Seymur Kərimovdur.

O, 1998-ci ildə Azərbaycan TibbUniversitetinin (ATU) "Müalicə işi" fakültəsinə daxil olub. 2005-ciildə M. Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında cərrahiyyə üzrəinternaturanı keçib. 2005-2006-cı illərdə Rusiya Federasiyası Krasnoyarsk şəhəriTibb Akademiyasında ümumi cərrahiyə üzrə ordinatura kursu keçib. Kursu bitiribvətənə geri dönəndən sonra Bakıda müxtəlif klinikalarda çalışıb.

2011-2016-cı illərdə TürkiyəninAnkara şəhərində Ankara Universiteti Tibb Fakültəsi İbni-Sina XəstəxanasındaUrologiya üzrə uzmanlıq təhsili aldıqdan sonra Azərbaycana geri dönüb. Asistentolduğu müddətdə müxtəlif açıq və qapalı əməliyyatlar icra edib. Həmçininuzmanlıq təhsil müddətində bir sıra beynəlxalq elmi konfranslarda məruzəçiolub. Bir çox elmi məqalələrin müəllifidir.

-Azərbaycanda böyrək xəstəlikləri sahəsində ümumi mənzərə necədir və uroloji xəstələrüçün qidalanma rasionu necə olmalıdır?

- Azərbaycanda böyrək daşı xəstəliyiçox yayılıb. Böyrək daşı xəstəlikləri haqda nə qədər danışsaq, yenə də azdır.Çünki içdiyimiz suyun minerallığı o qədər yüksəkdir ki, az qala hər iki nəfərdənbirinin böyrəyində mikrolitlərə yəni daşkristallarına rast gəlinir. İlk növbədə içdiyimiz suya diqqət etmək lazımdır.Suyun sağlamlığımız üçün çox əhəmiyyəti var. Normada gün ərzində 3-3.5 litrmaye qəbul etməliyik. Duzu tamamilə istifadə etməmək yox, gündəlik 5 qrama qədərqəbul etsək daha doğru olar. Böyrək daşının müxtəlif növləri var. Məsələn,oksalat, urat ,amorf fosfat yəni, infeksiya mənşəli daşlar böyrək daşlarının ənçox yayılmış növüdür. Bu növ daşlar biokimyəvi analizlər nəticəsində ortaya çıxır.Urat tipli daş aşkarlanan xəstələrəproteinlə zəngin qidalardan uzaq durmağı məsləhət görürük, özəlliklə qırmızı ətvə ət məhsullarından. Oksalat tipli daşı olan pasientlərə isə kalsiumla zənginqidalardan, xüsusilə süd və süd məhsullarından uzaq durmaları məsləhət görülür.

Elə daşlar var ki, onlargenetikdir. Mübadilə pozğunluğu səbəbindən yaranan genetik daşlara daha azhallarda rast gəlinir. Bunlara sistin və ksantin daşları aiddir. Sistin daşlarıdaha çox uşaqlarda görülür. Daş sidik kanalına düşdüyü zaman şiddətli böyrəksancısı yaranır. Dəfələrlə gecə gec saatlarda xəstələrin dözülməz ağrılarla bizəmüraciət etməsinə şahid olmuşuq. Daşın sidik kanalına düşməsinin xarakteristikağrısı var. Hətta müayinə etməmişdən belə xəstənin şikayətindən bilmək olur ki,bu, məhz böyrək sancısıdır. Müəyyən müddət keçəndən sonra böyrək bu ağrını kompensasiyaetməyə başlayır. Yəni, sanki böyrək öncə fəryad edir, daha sonra hidronefroz adlananvəziyyət yaranır. Hidronefroz - böyrək şişməsi və böyrəkdən sidiyin xaric edilməməsiilə əlaqədardır. Sidiyin ifrazı zamanı ortaya çıxan hər hansı tıxanma, sidiyinböyrəklərdən çıxışının qarşısını alır. Tıxanma sidiyin böyrəkdə toplanmasına vəzaman keçdikcə böyrəyin patoloji böyüməsinə səbəb olur. Hər bir xəstəlikdəolduğu kimi böyrək daşı xəstəliyində də erkən müayinə və müalicə çox vacibdir.Çünki erkən dönəmdə böyrək daşı rahat müalicə oluna bilən bir problemdir. Böyrəkdaşının müalicəsində gecikmək çox təhlükəlidir. Müalicə geciksə, böyrəyin böyüməsinəsəbəb olan faktorlar aradan qaldırılsa belə, baş verən ağırlaşmanın nəticələrinimüalicə etmək çox çətin olur. Böyrək çatışmazlığı problemləri önə çıxır və birmüddət sonra xəstə zədələnmiş böyrəyi ilə vidalaşmalı olur.

-Daha hansı hallarda böyrəklər öz funksiyasını itirir?

- Böyrəklərin funksiyasınınitirilməsinin müxtəlif səbəbi ola bilər. Böyrək daşı kistalar, böyrəklərdəyaranan infeksiyaya bağlı hallar, travmalar zamanı böyrəyin 4-cü və 5-ci dərəcəyəqədər zədələnməsi və bu zaman böyrək damarlarının qopması və.s kimi amillərböyrəyin itirilməsinə səbəb ola bilər. Böyrəklər cüt orqandır. Xəstə tək böyrəklədə uzun illər yaşaya bilər. Bir xəstəmiz vardı, dediyinə görə, uzun müddətdirki, onun sidik axarında 6 millimetr ölçüdə daş qalıb və onu düşürə bilməyib. Xəstəağırlaşmış formada bizə müraciət etmişdi. Müayinə nəticəsində bəlli oldu ki,artıq böyrək öz funksiyasını itirib. Bundan əlavə, anadangəlmə böyrək xəstəlikləridə bu orqanın funksiyasını pozur. Bu problemlərə vaxtında tibbi müdaxilə edilməsə,böyrək yetməzliyinə gətirib çıxardır.

-Bu gün uroloji xəstəliklərin yaşı gəncləşib. Xüsusən uşaqlar arasında böyrək xəstəliklərininçoxaldığını müşahidə edirik. Bunun səbəbi nədir?

- Qadınlar hamiləlikdövründəultrasəs müayinəsindən (USM) mütəmadi olaraq keçirlər. Hamiləlikdə USM-də döl dəmüayinə olunur. Əgər müayinə əsnasında uşaqda hidronefroz durumu aşkarlanarsa,bu, xəbərdaredici siqnal sayılır. Bu zaman uşaq doğulduqdan sonra mütləq araşdırılmalıdırki, problem həlli mümkün olan fizioloji yoxsa, patoloji hidronefrozdur.Fizioloji hidronefrozla doğulan uşaqlarda kontrollu dinamik ultrasəs müayinələrləproblemin tədricən zəiflədiyini müşahidə edirik. Patoloji hidronefrozda isə ilknövbədə bunun səbəbi araşdırılmalıdır. Əgər ona qarşı tədbir görülməsə, böyrək özfunksiyasını itirməyə doğru tədricən fəaliyyətsizləşir.

Əvvəlki illərlə müqayisədə indi bizədaha dəqiq məlumat verən cihazlar var. Hazırda xüsusi ultrasəs müayinə cihazlarıvar ki, bunlar nəinki ananın, hətta dölün vəziyyəti haqqında dəqiq və ətraflı məlumatverir. Oğlan uşaqlarında ikitərəfli hidronefroz sidik kanalının anadangəlmədarlığı zamanı yarana bilər. Erkən və dəqiq müayinə nəticəsində bu problemaradan qaldırılmalıdır.

Anomaliyaların ortaya çıxmasındaqohum evliliklərin rolu böyükdür. Təbii ki, bundan uzaq durmaq lazımdır. Bəzəndə valideynlər qohum deyil, amma irsi xəstəlikləri ola bilir. Məsələn,vezikoureteral reflü dediyimiz bir xəstəlik var. Yəni, sidik kisəsi dolduqcaböyrəklərə sidiyin geri qaçışı olur, nəticədə böyrək şişir. Bu da zamanla böyrəyinfunksiyasının itirməsinə səbəb olur. Bu xəstəliyə sidik yolu infeksiyasıkeçirmiş xüsusən qız uşaqlarında daha çox rast gəlinir. Xüsusilə yüksəktemperaturla olan sidik yollarının infeksiyaları təhlükəlidir. Bəzən uşaqlardayuxarı tənəffüs yollarının xəstəliyinə bağlı olmayan temperatur olur. Bu zamanpediatr məlumatlı olmalıdır ki, uşaqda sidik yollarının infeksiyası ola bilər.Ən azından sidiyi ümumi analizini göndərməklə bunu müəyyən etmək olar. Xəstəlikaşkarlandığı təqdirdə, mütləq uroloq tərəfindən konsultasiya olunmalıdır.

-Kişilərdə yaranan böyrək xəstəlikləri cinsi problemlərə yol aça bilərmi?

- Günümüzdə kişilər cinsiproblemlərin müxtəlif formalarından əziyyət çəkir. Bu problemlər infeksiya vəpatologiya ilə yanaşı gündəlik iş rejimi, stress və zərərli vərdişlərlə dəbağlı ola bilər. Siqaret və spirtli içkilər istənilən halda erektildisfunksiyaya səbəb olur. Digər bir səbəb prostat vəzinin adenomasıdır. Adətən,yaşı 50-dən yuxarı olan kişilər arasında çox rast gəlinir. Prostatın əmələ gəlməsininəsas səbəbləri bu günə qədər dəqiq müəyyən edilməsə də, müxtəlif fərziyyələrvar. Prostat vəzinin adenomasında testosteron azalıb, estrogenlər artdıqcadisbalans yaranır, nəticədə prostat vəzi böyüməyə başlayır. Xəstəliyin ilkin mərhələsində,xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidikifrazının olmasından şikayət edir. Bundan başqa irsiyyət, sidik kisəsi və sidikkanalının iltihabi xəstəlikləri, sidik-cinsiyyət üzvlərinin travmaları, oturaqiş və yaşayış tərzi, spirtli içkilərin qəbulu və bu kimi digər amillər son nəticədəcinsi problemlərə yol aça bilir.

-Prostat adenomasına hansı yaşlardan sonra diqqət edilməlidir?

- Gənc yaşlardaprostat vəzininadenomasına rast gəlinmir. Adətən, 40-50 yaşlardan sonra tamamilə fərqli mahiy­yət daşıyır. Əgər nisbətəngənc yaşlarda prostat vəzi xəstəliyindəndanışırıqsa, deməli, söhbətprostat vəzinin iltihabından gedir. İltihab varsa, bir qayda olaraq müalicəedilməlidir. Sidik yolları ilə qalxan infeksiya orqanları zədələməyə başlayır.Bu infeksiya prostatın yaranmasına səbəb ola bilər. Xəstəlik müalicə edilmədikdəvə ya müalicə yarımçıq kəsildikdə, müvəqqəti yaxşılaşmadan sonra xəstəliyin əlamətləriyenidən özünü büruzə verir və ağırlaşmalara gətirib çıxarır.

Xroniki hal alan bu infeksiyalar irəlikiyaşlarda adenomanın yaranmasına səbəb olan faktorlardan biridir. Əgər prostatadenoması varsa, həmən cərrahi müdaxilə edilməlidir fikri düzgün deyil. İlknövbədə müraciət edən xəstənin şikayətinin ağırlıq dərəcəsinə baxılmalıdır. Xəstəlikadətən özünü yüngül, orta və yüksək şiddətli əlamətlərlə büruzə verir. Prostatvəzinin adenoması müalicəyə tabe olan xəstəlik hesab edilir. Xüsusən də yüngülvə orta şiddətli hallar olduğu zaman dərman müalicəsi ilə müalicə etmək olur. Prostatadenomasının ağırlaşmış halları var ki, bura sidik kisəsində daşların olması,sidik kisəsinin divarının genişlənməsi, sidikdə qanın görünməsi, böyrəkçatışmazlığı kimi əlamətlər daxildir.

Bundan əlavə sidik kisəsindənormadan artıq sidiyin qalması da ciddi problemdir. Normada sidik kisəsində 100milli litrə qədər qalıq sidik ola bilər. Sidik kisəsinin həcmi 350-400 milli litrdir.Xəstə sidiyin dördə üçünü ifraz edə bilirsə, bu, qəbul ediləndir. Amma xaricolmayan sidiyin həcmi 100 milli litrin üzərindədirsə, artıq bu problemdir və cərrahiəməliyyatın bir göstərişidir.

Digər bir göstərişdə prostatadenomasının dərman müalicəsinə cavab verməməsidir. Bu zaman xəstəyə qapalıendoskopik və ya açıq yolla cərrahi müalicə təklif olunur. Avropaprotokollarına görə, prostatın ağırlığı 80 qrama qədərdirsə, qapalı endoskopikyolla adenoma çıxarılır. Əgər prostatın ağırlığı 80 qramdan çoxdursa, xəstə turadlanan əməliyyatdan fayda görmür. Birinci, ona görə ki, əməliyyatın müddətiuzanır, orada istifadə edilən maye orqanizmə sorulur. Bu zaman tur sindromudeyilən problem ortaya çıxa bilər. Buna görə də əməliyyat maksimum 90 dəqiqəyə sonlandırılmalıdır.Vaxt məhdudiyyəti bizi məcbur edir ki, böyük ölçülü prostat adenomasınınçıxarılmasını açıq yolla icra edək.

-Cərrahi müdaxilədən sonra prostat adenomasının təkrar əmələ gəlmə riski varmı?

- Prostat adenomasını cərrahiyolla götürdükdən sonra yenidən yaranma riski azdır. Endoskopik əməliyyatlarda sidiyinrahat axışını bərpa edirik, buna görə də adenomanın təkrar əmələ gəlmə şansıçox azdır. Açıq əməliyyatlarda da prostat adenomasının yenidən yaranma riski deməkolar ki, heç yoxdur. Əməliyyatdan sonra adenomanın təkrar əmələ gəlib-gəlməməsiəməliyyatın müvəffəqiyyətinə də bağlıdır.


Sübhan Mahmudov