Boşanmış qadınların yenidən evlənməsini kişilər də, qadınlar da dəstəkləyir
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ildə ölkədə 62923 nikah və 14514 boşanma halı qeydə alınıb. Boşanan cütlüklərin sayının artdığını nəzərə alaraq Bakı sakinlərindən boşanmış insanların "ikinci bahar"larını yaşamaqlarına olan münasibəti öyrəndik.
Belə ki, boşanmış qadınların ikinci dəfə ailə həyatı qurmasına böyük qism müsbət baxır (43 %). Məsələyə neytral yanaşanlar da kifayət qədərdir (34 %). Respondentlərin təqribən beşdə-biri (22 %) qadınların ikinci evliliyinə mənfi yanaşır.
Rəyi öyrənilmiş qadınların yarısı (49 %) zərif cinsin "ikinci bahar"ını dəstəkləyir, 27 %-i neytral yanaşır, beşdə biri isə pis baxır (21 %).
Kişilər qadınların ikinci evliliyinə əsasən neytral yanaşır (41 %). Zərif cinsin ikinci dəfə seçim etməsinə yaxşı baxanlar da yetəri qədərdir (36 %). Güclü cins nümayəndələrinin beşdə biri (22 %) isə qadınların növbəti evliliyinə pis baxır.
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27