adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Sentyabr 2014 15:34
8991
MƏMLƏKƏT

Boşanmaların pərdəarxası səbəbləri

Azərbaycandaailə əsrlərdir milli adət-ənənələrə, dəyərlərə söykənib, əziz tutulub.Amma təəssüf ki, son zamanların müşahidə və göstəriciləri artıq bu ənənə və dəyərlərinlaxladığını göstərir. Cəmiyyətdəki müşahidələrimizlə yanaşı, statistik göstəricilərdə boşanma hallarının getdikcə artdığını təsdiq edir. Belə ki, 2014-cüilin yanvar-iyul ayları ərzində rəsmi boşananların sayı 6 min 900 nəfərdir. DövlətStatistika Komitəsi  məlumat verir ki, ümumiyyətlə, 6 aydaəhalinin hər min nəfərinə 8,1 nikah, 1,3 boşanma düşüb.

Mütəxəssislər bildirirlər ki, boşanmalarınsayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunungöstəricisidir. Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar və dini nikahda olub boşananlar da var ki, bunların sayınıdədiqləşdirmək mümkün deyil.

Boşanmalarınsəbəbləri isə müxtəlifdir. Mütəxəssislər əsas səbəblər kimi sosial problemləri(işsizlik, maddi çatışmazlıq və s.), cinsi zəiflik, sonsuzluq, narkotikmaddələr və spirtli içkilərlə yanaşı çağdaş cəmiyyətin dəyişən davranışlarını da göstərirlər: cütlüklərin bir-birlərinə inamsızlığı, ailə münasibətlərinə kənarmüdaxilə, hörmətsizlik və.s. Əslində elə kələfin ucu da burdadır. Çünkiyuxarıda sadalanan sosial problemlər 50 il bundan öncə də var idi: o zaman daəyyaş, narkoman, evə pul gətirməyən ərlərin sayı heç də az deyildi, ammaboşanmalar da bu qədər olmurdu. Həmin ailələrdə müxtəlif səbəblərlə bağlı problemlərolanda belə, hər iki tərəf məhz ailənin dağılmaması üçün həmin problemləriqabartmazdılar. Eyni zamanda bu boşanmaya yaxınları daicazə verməz, ətrafda mənfi fikir formalaşması, yaxud övladların tək valideynləqalması kimi amilləri düşünərdilər. Hətta əvvəllər insanlar sankiboşanmaqdan belə utanardılar. Ancaq indi boşanmalar adi halaçevrilib. Bəlkə də bunlar həmin ailə möhkəmliyinisaxlayan dəyərlərin unudulmasından irəli gəlir. Bu gün artıqevlənmək qədər boşanmaq da təbii sayılır. Deməli, sadalananlar səbəb olmaqdançıxıb bəhanəyə çevriliblər. Pərdəarxası səbəb, təəssüflər olsun ki, qadınlarımızdadüşüncə dəyişikliyinin baş verməsidir, desək heç də durumun ağırlığınışişirtmiş olmarıq. Bəli, bu gün Azərbaycan qadını əvvəlki səbrini, dözümünüitirib. Qadınlar artıq itaətkarlıq etmək istəmirlər, onların fərdiliyə, şəxsi mənafeyə,müstəqilliyə meyilləri artıb.  

Fikrimizəqüvvət olaraq, "Təmiz dünya” İctimai Birliyinin sədri, psixoloq MehribanZeynalovanın bu mövzuda qənaətindən bəhrələndik. Psixoloqun sözlərinə görə, əvvələrailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında indi ciddidəyişiklik nəzərə çarpır: "Hazırda ailənin dağılmaması üçün ən çox kişilərindözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfinxəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər dəciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddisiqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərkedilməsi ilə mümkün ola bilər”.

Deməliailədə qadınlardan çox şey asılıdır və onlar ailə düsturunu bilməlidirlər. 

Digərtərəfdən də tələsikevlilik, tərəflərin bir-birini kifayət qədər tanımaması, evlilik qərarını təkbaşınaqəbul etmək, qızların "rəfiqədən geri qalmamaq” cəhdi  kimi səbəblər də var.

"Evlənən tərəflər düşüncələrini, istəkvə arzularını bir-birləri ilə əvvəlcədən bölüşməlidir, aralarında şəffaflıqolmalıdır. Adətən qadınlar bu barədə susur və nəyisə sonradan demələri çoxgec olur. Ona görə də ailə quracaq tərəflərdə birgə müzakirə etmək, dinləməkbacarığı olmalıdır”,- deyə psixoloq qeyr edir.

Hər halda səbəb nə olursa-olsun narahatolmaq üçün kifayət qədər əsas var. Bu gün sosial problemlərin kölgəsi altındagizlənmiş digər səbəblər - ailə dəyərlərinin itməsi, Qərbə inteqrasiyada "yanlışistiqamət” sabah milli düşüncə və təfəkkürümüzü də sual atında qoya bilər.