adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Sentyabr 2018 15:14
5535
GÜNDƏM

Bolqarıstanla hərbi əməkdaşlıq müzakirə olunub

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ölkəmizdə səfərdə olan Bolqarıstan Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək birgə tədbirlər nəzərdən keçirilib.