adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Oktyabr 2019 11:46
9878
GÜNDƏM

Bolqarıstan rus diplomata viza verməkdən imtina edib

Bolqarıstan hökuməti Rusiyanın Sofiyada yerləşən səfirliyindəki hərbi attaşeyə viza verməkdən imtina edib.

Adalet.az-ın verdiyi xəbərə görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən rusiyalı diplomat hələ də Moskvadadır.

Vizanın verilməməsinə səbəb kimi bazar ertəsi Bolqarıstan hakimiyyətinin əldə etdiyi bir kəşfiyyat fəaliyyətində rus diplomatın şübhəli bilinməsi, bu işdə adının hallanması göstərilir.