02 Noyabr 2015 16:02
19444
ŞOU-BİZNES

Bollivudun hind olmayan kralı

"BollivudunPadşahı”, "Kral Xan” kimi tanınan, məşhur Hindistan aktyoru Şahrux Xanın bu gündoğum günüdür. Maraqlıdır ki, adınınmənası "Şahın yolu və ya şahın siması” kimi tərcümə olunur. Adın insantaleyində oynadığı rola ən gözəl nümunə sayıla bilər. 50 yaşlı bu "cavan”Hindistanı təmsil etsə də əslində hind deyil. O, ana tərəfdən pakistanlı, atatərəfdən isə puştun (İran və əfqanların qarışığından yaranıb) xalqındandır. Vəkilolmuş atası Tac Məhəmməd Xan Hindistan müstəqillik aktivistlərinin üzvü olub. Anası Fatimə Lətif  Hindistan Milli Ordusunda xidmət etmiş General Mayor Şah NəvazXanın qızı olub. Şahrux özü 1965-ci ildə Yeni Dehlidə doğulub. Özündən başqaŞahnaz adlı böyük bacısı da var.

Şahrux Xan ilkaktyorluq debütünü 1988-ci ildə serialda edib. Kino fəaliyyətinə ilk rolunu1992-ci ildə "Dəlisov məhəbbət" filmi ilə başlayıb. Bu filmdəkiroluna görə Şahrux Xan Hindistanın ən məşhur kino jurnalı olan"Filmfare" tərəfindən "Ən Yaxşı Debütə görə" mükafatını alıb.

1993-cü ildəeyni vaxtda iki filmdə - "Qorxu" və "Qumarbaz" filmlərindəmənfi obrazlar yaradıb. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonraƏn Yaxşı Baş Rola görə yenidən "Filmfare" kino jurnalınınmükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə Kacol Devqanlaçəkildiyi "Qaçırılmamış gəlin" filmində ifa etdiyi Rac rolunagörə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanıb və bununla Hindistankino tarixində ən böyük kassa gəliri olan film hesab olunur. Ümumilikdə 30 nominasiyaiçərisində olan 14 Filmfare Mükafatı əldə edib. Şahrux Xan Ən Yaxşı AktyorKateqoriyası üzrə 8 dəfə Filmfare mükafatına layiq görülüb ki, bütün zamanlarınbu kateqoriyası üzrə ən çox qazanan Bollivud aktyorudur, yalnız Dilip Kumar iləortaq nəticəsi vardır. 2005-ci ildə isə Hindistan Höküməti tərəfindən verilənHindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatınalayiq görülüb. Şahrux Xanhal-hazırda Bollivudun ən çox mükafat alan aktyorudur.  İndiyə qədər 70-ə yaxın filmdə çəkilib. 

Xan 1999-cuildə rejissor Əziz Mirzə ilə birlikdə "Dreamz Unlimited” adlanan şirkəti qurub.2004-cü ildə isə həyat yoldaşı Qauri ilə birlikdə "Red Chillies Entertainment”şirkətini yaradıb.

 

Şahrux Xanhaqqında maraqlı məlumatlar:

 

* Boyu 1.75 sm-dir.

* Məktəbillərində qaçış üzrə çempion olub. Belindən zədə alması ilə idmanı buraxmalıolub.

* İngilisdilində təhsil aldığına və evdə puştun dilində danışdığına görə hind dilini pisbilirmiş.

* Ali təhsilini iqtisadiyyat üzrə alıb.

* Şahruxun3-cü oğlu surroqat ana vasitəsilə dünyaya gəlib.

* İndiyə kimiheç vaxt su içməyib, dondurma yeməyib. Su əvəzinə çay və Pepsiyə üstünlükverir.

* Çoxlarının düşündüyü kimi Salman Xan və Şahrux Xan qohum deyillər, sadəcə bir kastadan olduqları üçün Xan soyadını daşıyırlar. Xan klanı Brahma, Kşatriya, Sinqxdən sonra 4-cü böyük sülalədir.