adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Avqust 2014 15:00
4904
MƏMLƏKƏT

Bölgələrdə insan alveri qurbanları üçün mərkəzlər yaradılır

İnsanalveri qurbanları üçün bölgələrdə sosial reabilitasiya mərkəzlərininyaradılması nəzərdə tutulur. Bu barədə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Adalet.az-a daxil olan məlumata görə, aidiyyatı qurumlarla birgə insan alveriqurbanları üçün regionlarda sosial xidmət və yardımmərkəzlərinin, sığınacaqların yaradılması, onların hüquqi, tibbi, psixoloji,sosial və digər yardımlarla təmin edilməsi üçün müvafiq tədbirlər həyatakeçirəcək.


Qeyd edək ki, bu istiqamətdə görülən işlər AzərbaycanRespublikası Prezidentinin  2014-cü il 24 iyul tarixli Sərəncamı ilətəsdiq edilmiş "AzərbaycanRespublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçünMilli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən aparılır.


Plana əsasən, insanalverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə həssas qrupa aid qadınvə uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətindətəkliflərin hazırlanması, uşaq əməyinə dair beynəlxalq konvensiyalardan,həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərinicrası üzrə tədbirlərin gücləndirilməsi, sosial cəhətdən həssas ailələrin vədaimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanlarıtərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçünaidiyyəti orqanlara yönəldilməsi təmin olunacaq. Sənəddə insan alverinin potensial qurbanlarının ictimaifaydalı əməyə cəlb edilməsi, məşğulluğun təmin edilməsi, insan alverindənzərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsiməqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 


Beləki, xüsusimüəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, tibbi, psixoloji vədigər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılmasıvə onlara müvafiq təlimlərin keçilməsi, bu qrup insanların əməkbazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrəyiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlliistiqamətində tədbirlər görüləcək.