Boks yığmamızın baş məşqçisi dəyişdi
Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib.
Adalet.az federasiyanın saytına istinadən xəbər verir ki, komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.
O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin "sükanı arxasında” olacaq.
Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37