adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 May 2020 09:30
50718
ŞOU-BİZNES

“Bobbi”nin əfsanəvi Racı – Rişi Kapur vəfat etdi

Hindkinosunun əfsanəvi ulduzu Rişi Kapur bu gün vəfat edib.

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 68yaşlı aktyor Mumbay şəhərinin xəstəxanalarından birində vəfat edib.

Adalet.az xəbər verir ki, Rişi Kapur əfsanəvi hindkino xadimi – rejissor və aktyor Rac Kapurun oğlu idi.

Bir çox ekran əsərlərində yer almış aktyor daha çox"Bobbi” filmindəki rolu ilə məşhurdur.

Onu Bollivudda oynayan bu ailənin yaşlı nəslinin sonulduzu adlandırırdılar.

Ailədə Çintu adlandırılan Rişi Kapurun ilk ciddi roluatasının "Mənim adım Kloundur” (Mera Naam Joker, 1970) filmində olub. Aktyorilk böyük uğurunu atası Rac Kapurun rejissoru olduğu "Bobbi” (Bobby, 1973)filmindəki rolundan sonra əldə edib. Rişi həmin il Hindistanda ilin aktyoruseçilib. Çintu adətən Hindistan kinosu üçün vacib olan romantik sevgilirollarını ifa edib.

Tamaşaçılar onu həmçinin "Qisas alan” (Barood, 1976),"Amar, Əkbər, Antoni (Amar, Akbar, Antoni, 1977), "Sevgi əzabı” (Prem Rog,1982), "Çandni” (Chandni, 1989), "Kor məhəbbət” (Fanaa, 2006) və s. filmlərindəntanıyır.

Əntiqə Rəşid