adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Fevral 2018 15:18
11052
SİYASƏT

BMT: «KXDR SURİYAYA KİMYƏVİ SİLAH KOMPONENTLƏRİ GÖNDƏRİR»

Şimali Koreya Suriyahökumətinə göndərdiyi məhsulların içərisindəkimyəvi silah düzəltmək üçün lazım olan komponentlər var. Bu barədə BMT ekspertlərinin müraciətinə əsasən «The Nyu-YorkTayms» qəzeti məlumat yayıb.

Məlumatda bildirilirki, BMT KXDR-in Suriyaya 2012-2017-ci illərərzində göndərdiyi məhsulların içərisində turşu tərkibli plitələr, klapanlar vətermometrlər göndərilib. Beynəlxalq ekspertlərin fikrincə, həmin yüklərin içərisindəballistik raketlərin hissələri, hərbi vəmülki məqsədlərlə istifadə edilə biləcək materiallar da olub.

Məruzədə qeyd olunur ki, Suriya və Şimali Koreya aralarındakı bu ticarət Dəməşqin kimyəvi silahlarınısaxlamağa, Pxenyana isə əldə etdiyi gəlirlə özünün raket və nüvə proqramlarını inkişafetdirməyə köməklik edir.

Hələ ötən ilin yayındaReuters agentliyiin yaydığı məlumatlardabildirilirdi ki, BMT-nin KXDR-ə qarşı tətbiq olunan sanksiyalarına məhəl qoymayaraqSuriya və Şimali Koreya arasında hərbi tərəfdaşlıq davam etdirilir. Son yarım ildə KXDR-in Suriya hökuməti Elmi TədqiqatMərkəzinə ünvanlanmış iki yük gəmisi saxlanılıb.

Qərb ölkələri bundanəvvəl də dəfələrlə Suriya hakimiyyətinin ölkəsində gedən müharibədə kimyəvi silahdanistifadə etməsi barədə məlumatlar yayılıb. Elə ötən həftə də Rusiyanın müharibətərəflərinin barışdırılması üzrə mərkəzinin yayımladığı məlumatlarda münaqişə zonasındakimyəvi silahlardan istifadə edilə biləcəyi bildirilib.

Mehriban Cəfərova