adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 May 2017 22:54
3479
GÜNDƏM

BMT Azərbaycanın həmmüəllif olduğu qətnaməni qəbul edib

BMT-nin Baş Assambleyası sentyabrın 30-nu Beynəlxalq Tərcümə Günü elan edib."RİA Novosti"nin verdiyi xəbərə görə, müvafiq qərar bu gün, mayın 24-də, keçirilən iclasda qəbul olunub.

Qətnamədə "tərcümənin xalqlararası dialoqun inkişaf etdirilməsində, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsinin təmin edilməsində vacib rolu” qeyd olunub.

Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador kimi ölkələr çıxış ediblər.

Qeyd edək ki, peşəkar bayram 1991-ci ildə Beynəlxalq Tərcüməçilər Federasiyası tərəfindən təsis olunub.