“Bizim səviyyəmizə çata bilməzlər” - Faiq Sücəddinov
Azərbaycanın "Eurovision”da iştirakı vacibdir. Biz belə mötəbər yarışlarda iştirak etməklə ölkəmizi bütün dünyada tanıtmalıyıq.
Adalet.az xəbər verir ki, bunu AzVision.az-a əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov deyib. O, bildirib ki, "Eurovision” müsabiqəsində iştirak etmək bizim musiqimizi, mədəniyyətimizi göstərmək üçün çox vacibdir.
"Biz müstəqil ölkədə yaşayırıq. Təbii ki, "Eurovision” da lazımdır. Avropa Oyunlarının keçirildiyi kimi "Eurovision”-a getməyə ehtiyac var. Bu, tanıtımın bir növüdür. Biz belə yarışlara mütləq öz nümayəndələrimizi göndərməliyik. Dünya görsün ki, musiqimiz, tariximiz var”.
Bəstəkar, həmçinin işğalçı Ermənistanın "Eurovision” mahnı müsabiqəsində Azərbaycana qarşı təxribatlarından söz açıb: "Onlar təxribata öyrəşiblər. Ömür boyu bunu edəcəklər. Çünki onların missiyası işğal və təxribatdan ibarətdir. Biz səviyyəli xalqıq. Ermənilər bizim səviyyəmizə çata bilməzlər. Dünya Azərbaycanın Ermənistandan üstün olduğunu görməlidir. Ermənilərin əsl simalarını hamıya göstərməliyik”.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52