adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Avqust 2014 14:45
39139
MÜSAHİBƏ

Bizim hər saniyəmiz intihardı... - Müsahibə

Bugünkü qonağımız aktyor Rza Rzayevdir

- Rza, gəlinkinodan başlayaq. Bildiyimə görə kinodan uzaq olmaq istəyirsiniz. Bu nə iləbağlıdı?

- Bilirsiniz, bu əslində kinodan uzaqlaşmaq deyil.Bu həyatdan, həyatda baş verənlərdən qaçışdır. Adam həyatdakı haqsızlıqlardan oqədər yorulur ki, fikirləşirsən ki, bəlkə sənət, sənətdəki insanlar daha pakdı,daha müqəddəsdir. Həyatdakı haqsızlıqlar orda yoxdu. Amma məsələ burdadır ki, sənətiniçərisinə girəndə görürsən ki, daha çox haqsızlıq, paxıllıq elə sənətdədi.Əslində isə istedadlı adam paxıl olmamalıdı. Əgər istedadlı adam paxıldırsa,belə çıxır ki, elə onun istedadı da paxıldı. Yəni bu baxımdan mən kinodan uzaqolmağa çalışırdım.

Ekranda gördüyüm qəhrəmanlar həyatda o qədər balaca,o qədər cılız idilər ki, bu məni istər-istəməz məyus edirdi.

1997-ci ildə ilk filmə çəkiləndən sonra belə fikirləşdimki, kino mənim yerim deyil. 2000-ci ildə "Ünvansız qız” serialına çəkiləndənsonra da məndə belə bir fikir formalaşdı ki, kino insanının şəxsi həyatı olmur.Mənim üçün isə şəxsi həyat daha önəmli və vacib idi. Bunun üçün də yenə sənətdənuzaqlaşdım. Sonralar Rövşən Almuradlı ilə olan şəxsi münasibətlərim məni yenidənkinoya gətirdi. Növbəti dəfə kinodan getməyimin səbəbi isə elə "Cavad Xan”filmi oldu.

- "Cavad xan”filminin görünməyən tərəflərində nə baş vermişdi?

- Bu haqda mən xeyli vaxt susmuşam. Əsas səbəbləriheç vaxt danışmamışam. Çünki kinonu, sənəti insanların gözündən salmaq istəməmişəm.Həm də Rövşən Almuradlı və Sabir Rüstəmxanlı ilə olan şəxsi dostluq münasibətləriməgörə həmin filmdə baş verənlərin dərinliyinə getməmişəm. Amma indi tam səmimiyyətlədeyə bilərəm ki, Rövşən Almuradlı ilə olan on illik dostluq münasibətimi həyatımınaldanılmış illəri hesab edirəm. Bu haqda çox danışmaq istəməzdim. Çünki mən ofilmdən getmişəm.

Həmin filmin kadr arxasında baş verənlərə etirazımıbildirmişəm. Başqalarına qarşı olan təhqirə də onların yerinə mən cavab vermişəm.Belə deyim də həmin filmdən getməyimdə həm rejissorun, həm operatorun rolu çoxolub. Belə hesab edirəm ki, "Cavad Xan” filmindən getməyim həm bir şəxs kim, həmdə aktyor kimi mənim qürur yerimdi və peşman deyiləm.

- Niyəbizim ölkədə çəkilən filmlər uğurqazanmır?

- Ümumiyyətlə mən belə hesab edirəm ki, bizim kinosahəsində aparılan islahatla doğru aparılmır. Mənə belə gəlir ki, kinoların çəkilməsinəayrılan pula kinoteatrlar açılmalıdır. Çünki kinoteatrlar olmadığına görə filmlərimizəheç yerdə baxılmır. Bizim ölkədə elə bir film yoxdur ki, ona qoyulan pul geriqayıtsın, həmin filmdən xeyir götürülsün. İyirmi birinci əsrdə isə bu mümkünolan iş deyil ki, kinoya pul qoyasan və kino heç olmasa, həmin pulu çıxartmaya.Əgər bizim rejissorlarımız ən azı bizim tamaşaçılarımızın baxa biləcəyi film çəkmirlərsə,onda bu qədər filmi niyə çəkirlər?! Yəni bu baxımdan dövlət daha çox kinonunsatış sahəsinə, kadr yetişdirmə sahəsinə pul yatırtmalıdı ki, kino çəkilsin vəpul gətirsin.

Bizdə isə vəziyyət belədir. Dövlət filmin çəkilməsinəpul ayırır. Film çəkilir, tamaşaçı ona baxmır. Film də arxivlərə atılıb qalır.Bu necə ola bilər axı.

Bizdə indi daha çox festivallar üçün filmlər çəkməkistəyirlər. Hətta kino sahəsində olan məmurlar da çalışırlar ki, Azərbaycankinosu getsin hansısa festivalda yer tutsun. Bunu da bizə böyük bir iş kimi təlqinetmək istəyirlər. Azərbaycan tamaşaçısının başa düşmədiyi filmin hansısafestivalda yer tutmağı bizim üçün nə qədər əhəmiyyətlidi? Həmin festivallarıyaradan dövlətlərin də müəyyən məqsədləri və ölçü vahidləri var. Yaxşı, əgərdövlət xərc çəkəcəksə, həmin filmdə hansısa rejissorun adına çıxılacaq,festivalda yer tutacaqsa, dövlətçilik və millətçilik anlayışı olmayacaqsa, bəsonda dövlətin məqsədləri necə olacaq?

Axı sənət adamının da işi cəmiyyətdəki xəstəlikləriüzə çıxartmaqdan ibarətdir. Problemsiz cəmiyyət yoxdur. Hamı elə fikirləşir ki,elə ən problemli cəmiyyət bizim cəmiyyətimizdi. Əslində isə bütün cəmiyyətlərdəvəziyyət ortalama belədi. Rejissorun və yaxud da yazıçının işi isə həminproblemləri göstərməkdən ibarətdir. Məmurun görə bilmədiyini sənət adamı görür.Amma sənət adamının işi problemi həll etmək deyil. Sənət adamının işi həminproblemi göstərməkdir. Bir çox sənət adamları da çox vaxtı cəmiyyət üçün süniproblemlər yaradırlar. Onlar cəmiyyətin bədəninə virus salırlar. Sonrabaşlayırlar həmin virusun dərmanlarını axtarmağa. Əsl sənət işi isə insanlarıdüşündürməkdən, alternativlər göstərməkdən ibarətdir. Sənət adamı olmaq həm dəmüəyyən şeylərdən imtina etməkdir. Əgər sənət adamı imtina etməyi bacarmırsa,o, insanlara necə təsir edə bilər?

- Sizi çoxvaxt hədsiz mühafizəkarlıqda qınayırlar. Bu həqiqətən belədir?

- Mən həmişə demişəm ki, mühafizəkar adamam. İndiyəqədər ailə qurmamağımın səbəblərindən birincisi də elə budur. Həmişə demişəm kiməndən əvvəl bir başqasıyla telefonla danışan qızla ailə qurmayacam. Mənimfikrimcə təmiz paltar, hələ təzə paltar demək deyil. Geyilmiş köynəyi yuyursantəmiz olur, amma təzə olmur. Mən də heç kimin həyatında ikinci olmaq istəmirəm.

Yaxından tanıyanlar da bilirlər ki, mən ailəadamıyam. Günü bu gün kim axşam saat 10-da bizə zəng vursa, mən evdə olacam. İyirmiildi ki, atamı itirmişəm. Bu iyirmi ildə mən hər gecə evimizdə, anamın yanındaolmuşam. Yəni ailə üçün yararlı adamam.

Ailə qurmaq istədiyim qızlar olanda mənim maddi çətinliklərimoldu. Sonralar da həyata baxışım, düşüncələrim imkan vermədi ki, ailə qurum.Ola bilsin ki, mənim də ailə quracağım qızlar var. Sadəcə olaraq mən həminünvanları tanımıram. İndi də məlum yaş fərqiimkan vermir. Ailə qura biləcəyim qızlarla aramda böyük yaş fərqi var.

Bütün bunlara baxmayaraq mən belə hesab edirəm ki,ailə həyatı bizim yaşamağımız üçün bir immunitet mənbəyidi. Çünki biz elə bir əsrdəyaşayırıq ki, həyat o qədər bezdiricidir ki, bizim hər saniyəmiz intihardı. Biziintihardan saxlayan səbəblərdən biri də ailədi, ataya, anaya övlada olansevgidir. Bu baxımda ailə çox vacib məsələdir.

- Qadınlara olanmünasibətin necədir?

- Mən həmişə belə fikirləşmişəm ki, qadınlara o qədərazadlıq verilməlidir ki, onlar azadlıqdan imtina etsin. Qadına azadlıq vermədikdə,onlar azadlıq haqqında çox düşünürlər. Elə isə gəlin qadınlara azadlıq verək,onlar kişilərin gördükləri işin çətinliklərini yaşadıqdan sonra azadlıqdanimtina edib geriyə qayıtmaq istəyəcəklər. Bizdə qadınlarımızı süni şəkildəictimailəşdirirlər. Bu da düşünülmüş şəkildə baş verir. Birmənalı olaraq deyirəmki, Azərbaycan kişisinin qadınlara olan münasibətini dəyişsələr bu millət məhvolacaq. Əgər biz bunun qarşısını ala bilməsək, illərlə əsarət altında yaşamağaməhkum olacağıq.

- "Dolu” filmindəQarabağda döyüşüb şəhid olan qəhrəmanların bütövləşmiş obrazını yaratmağa nailoldunuz. İndiki şəraitdə bu obraz sizin üçün nə ifadə edir?

- Drakon obrazından sonra daha çox özümü vətənimə,dövlətimə məsuliyyətli və borclu hiss edirəm. Hesab edirəm ki, bizim nəsil bu vətəninqarşısında öz borcunu yerinə yetirə bilməyib. Yəni mən yaşda olan uşaqlarınçoxu artıq həyatda yoxdular. Şəhid olublar. Sağ qalanların çoxu da özləriniifadə edə bilmədilər. Əslində isə bizim nəsil çox istedadlı nəsil idi. Ancaq təəssüfki, müharibə onları bizim əlimizdən aldı. Sözsüz ki, həmin çətinlik çəkən nəsliniçərisində fərd olaraq mən də vardım. Drakon rolunun mənim şəxsi həyatımdaböyük əhəmiyyəti var. "Dolu” filmi cəmiyyət tərəfindən sevilən film oldu. Çünkiistər romanın özü, istərsə də film insanların zədəli yerinə toxuna bildi. İnsanlardaruh yüksəkliyi yaratdı. Eləcə də mənim həyata baxışlarımda dəyişiklik yaratdı.Amma birmənalı olaraq deyim ki, Drakon obrazı Rza deyil. Mən ən ağır cəbhə bölgələrindəmüharibə vaxtı olmuşam, amma Drakon kimi döyüşməmişəm. Düşmənə güllə atmışam,orda şəhid olan oğlanları görmüşəm, hələ də onların gözlərindəki kədəri unudabilmirəm. Amma mən Drakon kimi döyüşməmişəm. "Dolu” filminin gücü isə ondadırki, sabahkı döyüşdə o Rzanı da Drakon edə bilər. Həmin filmə qədər Drakonlarvardı. Fimdən sonra pələnglər, drakonlar daha da çoxaldı. Sənətin də gücü məncəbundadır.

- Elxan Cəfərovlaiş prosesi necə idi?

Elxan Cəfərov aktyorları özünə qorxuyla yox,sevgiylə tabe etdirirdi. Həddindən artıq sərt adamdı. Aktyorun fikirlərini,düşüncələrini hesaba almır. Belə deyək də pambıqla baş kəsən rejissorlardandı.Özünün aktyorlara sevdirdikdən sonra aktyor Elxan Cəfərovun qarşısında qulaçevrilir. O, aktyordan aşağı dayanıb, ondan böyük görünən sənətkardı. O,aktyorunu sevən rejissordu. Öz üzərindəki adyalı aktyora verib, özü səhərə qədərdonan bir insandı Elxan Cəfərov.

- "Dolu”nun əntəsirli hissələrindən biri də Pələngin ölümüdür. Maraqlıdı, rejissor həminkadrı bitirib stop dedikdən sonra çəkiliş meydançasında ab-hava necə idi?

- Çəkiliş vaxtı təxminən beş yüz nəfər adam varidi. Əsgər və zabitlərimizin çoxu da döyüş keçmiş adamlar idilər. Filmin okadrı həmin günü çəkilməməli idi. Çünki çəkilişlərdə çox yorulurduq. Filmdəyadınıza gəlirsə qaçış səhnələri var. Elxan Cəfərov məni günün altında o qədərqaçırtmışdı ki, hətta məni gün də vurmuşdu. Həm də yorğun idim. Nə isə, Elxanmüəllim deyəndə ki, Pələngin ölüm səhnəsini çəkirik. Mən etiraz etdim. Çünki əvvəldəndə demişdim ki, həmin kadra gümrah formada çəkilmək istəyirəm. Həm də həminepizoda özümü bir-iki gün əvvəlcədən hazırlamaq istəyirdim. Sizə bir söz dədeyim ki, epizodları qəfildən çəkmək Elxan müəllimin taktikası idi. Çünki o,deyirdi ki, aktyorun həmin anda oynadığı mənim üçün daha maraqlıdı.

Nə isə, Elxan müəllim deyən oldu. O, bizə həmingünü müəyyən vaxt verdi ki, hazırlaşaq.

Mən açığı insanlara elə də çox qaynayıb-qarışanadam deyiləm. Amma filmdə tərəf-müqabilim olan Pələng obrazının ifaçısı Elvin Əhmədovçox istəyirdim. Onu bir kiçik qardaşım, doğmamkimi görürdüm. Kadr çəkiləndə mən onu artıq kiçik qardaşım kimi təsəvvüretdim. Özümdən asılı olmayaraq qollarımın arasında can verənin Elvin yox, doğmaqardaşım olduğunu hesab elədim. Elvin də öz rolunun öhdəsindən çox yaxşı gəlmişdi.Çəkiliş bitdikdən sonra orda olan beş yüz nəfərin hamısı ağladı. Hətta mənəağlamamağı tapşıran rejissor belə ağladı. Çünki o, mənə tapşırmışdı ki,Drakonun göz yaşları görünməməlidi. Çox ağrılı, əzablı səhnəydi. Rejissor stopdeyəndən sonra mən arxaya aşıb yıxıldım və hönkür-hönkür ağlamağa başladım. Sonralarda mənim səhhətimdə, ürəyimdə müəyyən problemlər yarandı. Bir müddət müalicəalıb yenidən çəkiliş meydançasına qayıtdım.

- İndi filmləbağlı təkliflər alırsınızmı?

- Sözsüz ki, təkliflər var. Və taleyimi artıqkinoya bağlamışm. İstəyirəm ki, tamaşaçılar məni artıq rejissor kimi görsünlər.Bu il allah qoysa, Türkiyəyə rejissorluq sahəsi üzrə təhsil almağa gedəcəm.Hesab edirəm ki, məndən məmur olmaz. Həyatım kinoya bağlanıb.

Samirə Əşrəf