adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Sentyabr 2017 13:04
37730
MƏDƏNİYYƏT

Bizi sonsuzluğa aparan tamaşa – REPORTAJ

Axşam olankimi adamlar işdən çıxıb evə tələsir, dincəlmək, bir tikə çörək yemək istəyir. Dünən isə adamlar YUĞteatrına tələsirdilər. Metroda, küçələrdə, prospektlərdə tünlüyün içindəbəndənizdə tamaşaya tələsirdi. Havalar isti keçdiyindən paltarım bədəniməyapışmışdı, tər damcıları alnımdan eynəyimə süzülürdü. Baxmayaraq sürətimiazaltmırdım. Kukla teatrında sənət adamları bir-birinə qarışmış, iştahla söhbətedir, ara da bir də çöhrələrinə təbəssüm qonurdu. YUĞ teatrı Kuklayasığınmışdı. Bu əlbəttə kədərli mənzərəydi, ancaq rejissor Gümrah Ömər hərzamankı kimi gülərüz, nikbin qarşıladı məni. İşıqlı adamların içində var-gəledirəm: Ramiz Həsənoğlu, Qan Turalı, Rəşad Məcid, Ayxan Ayvaz, Hikmət Orhun,bizim Kafkamız Müşfiq Şükürlü və digər sənət adamları da burdadı. Hər kəsinkefi yaxşı görünür.


Robert De Niroya bənzəyən adam

Tünlüyün içinə qoşulub pillələrlə ikinci mərtəbəyə doğru addımlayırıq,əsgər misalı. Yerimi tutub gözümü səhnəyə dikirəm. Adəti üzrə YUĞ Teatrınındirektoru Tərlan Rəsulov tamaşaçıları salamlayır. Tərlan müəllimi nə vaxtgörsəm elə bilirəm Holivudun ulduzu, akyor Robert De Nironun təbəssümlü üzünügörürəm.

Daha sonra Gümrah müəllim tamaşaçıları salamlayır...

Qaranlıq, pıçıltılar... Birdən səhnə yavaş-yavaş işıqlanır. Gözəl akyorumuzMəmməd Səfa səhnədə dolaşır. Bir dəqiqə, burda hər şeyi dondururam,tamaşaçıları da elə aktyoru da. Sizə tamaşa haqda bir balaca məlumat verim.

Deməli, tamaşa yazıçı Kamal Abdullanın "Bir, iki, bizimki" pyesiəsasında hazırlanıb. Tamaşanın adı "Səsimi unutma”, rejissoru isə GümrahÖmərdir.

Qısa məlumat eldə etdinizsə, gəlin tamaşaya qayıdaq, axı adamlarıdondurmuşam.


Tamaşa başlayır...

Bir kişi səhnədə dolanır, gəzir, qəfil səhnənin ortasında taxta çərçivədəgözəl aktrisamız Gülzar Qurbanova peydaolur. Duruşu, gözləri, estetikasıyla tamaşanın necə ağır, dramatik keçəcəyindənxəbər verir. Ağ saçlı kişi onu görəndə qaçır, digər yandan bir oğlan, bir qızda qarşısına çıxır, sonra onların içindən keçir, sanki kabus görür. Tamaşanısizə əxz edim. Gülzar Qurbanova sarsılmış qadın rolundadır. Bu qadın o kişininxəyalıdır. Onun xəyalına gəlmiş əzablı qadındır. Tamaşa bizi qaranlıq birxəyala dəvət edir, sarsılmış yaddaşa səyahət edirik. Həmin ağ saçlı kişi onunhəyatında başlıca rol oynayan adamdır. Uşaqlığından onu konfet adıyla aldadıb,vədlərinə, sözlərinə sadiq qalmayıb. Bir müddət keçib böyüyüblər, yollarkəsilib. Tale onları yenidən birləşdirir, ancaq kişi qadını yenə aldadır.



Bir-iki, bizimki...

"Bir-iki, bizimki” deyib qaçışan qız-oğlan uşaqları da əslində onlarınuşaqlığıdır.

Gizlənqaçoyununda uşaqların söylədiyi sadalamalardandır. Kamal Abdulla pyesindramaturgiyasını bu sadalamanın üzərində qurub. Məktəb həyatında özü dəbilmədən sevdiyi qızın-qadının xəyalı ahıl kişiyə baş çəkir, onu bu dünyadanalıb öz yanına uşaq vaxtı gizlənqaç oynayarkən gizləndikləri qaranlıqlara çəkibaparmaq istəyir.

Kişi tərəddüdedir, amma onu o qaranlıqlara çəkən qadınsa xəyal olduğu qədər gerçək olduğunubilir...

Gülzarxanımın yaratdığı obraz tək sözlə şedevrdir. Mimikalarıyla, gözləriylə yaşadığıəzabı, ağrını tamaşanın dumanlı atmosferində bizlərə ötürür.


Səsimi unutma...

Məmməd Səfa müəllimin qəhrəmanı "Elədiyin bir işin heç vaxtpeşmançılığını çəkmə. Yoxsa, yaşaya bilməzsən." deyir. Yaşamağı uzun biryola bənzədir. Bu yolda keşməşlər, təlatümlər, əzablar, xatirələr bizə yaşamağıöyrədir.

Amma onu özü ilə aparmağa gələn qadını - Gülzar Qurbanovanın obrazı isə"Qorxma, gəl. Səsimi unutma. Səsimdən yapış..." deyərək o dünya iləbu dünyanın arasında qalan yoldaşını özü ilə sonsuzluğa aparır.

Bir səhnə var ki, sözlə demək izahsızdır. Deməli, qadın kişinin onu aldatmağından, nankorluğundan deyinirvə bu an kişi onu bağrına basır və "Mən də darıxmışam” deyir. Sükut çökür. Biztamaşaçıların içində də bir anlıq hər şey donur, duyğulanırıq. Tamaşadapsixoloji gərgin səhnələr də var. Belə ki, qadın qaranlıqdan qorxur, onunfəryadı, əzabı, səhnə işıqların tez-tez yanıbsönməsiylə cərəyan edir.


Tamaşa haqda rəy

Tamaşadan sonra teatrşünas Aliyə xanımın bu haqdayazısına diqqət çəkdim:

"Səsimdənyapış” deyə-deyə qadın kişini öz qaranlığına çəkir. Burada artıq fəlsəfəaxtarmağın yeri var-qadın-bətn-qəbir-torpaq... İstəməz. İstəyən düşünsün,istəməyənin yadına salmayaq. Çünki, yeri olsa belə bunlar yuğçuların da çoxsevdiyi Ramiz Rövşəndən bəri dəfələrlə işlənmiş yozumlardır. Gəlin, bunu eləburada unudaq: Beş, altı daşaltı!

Bir bölümlüyuğlama kişinin ölümü ilə başa çatır. Yəni axırda anlayırıq ki, bütün bugöstərilənlər Kişinin yuğlamasıdır. Amma finalda qədim yuğlamalarda olduğu kimiyeni həyat yüngüllüyü yox, bir yas ab-havası yaranır. Dramaturq səssizcəçiçəkləri pərt aktyorlara verir, başsağlığı verərcəsinə pıçıltıyla nələrsədeyir, dəfn sükutu kimi bir ağır sükutla zaldan çıxırıq...

Teatrın bir missiyasıda bu günün gerçəkliklə çabalayan insanına özünə zaman kəsməyə imkanlaryaratmasıdır. Gəlib baxdın, özün haqda, yaşadıqların haqda düşündünsə, üstünəöz xəyalların töküldüsə, duyğulandınsa, hesab et ki, udmusan. Gərçi, sən dətamaşaçıdan çox istehlakçısan, uduzmaq yox, udmaq istəyirsən...”


Son

Qadın və kişini cavanlığını canlandıran qızla oğlanın arasındakı son dialoq da belə başa çatır:

Oğlan: - Ver, əlini. Hardadı sənin əlin? Titrəmə. Gəl, gedək.

Qız: - Yox, gəlmirəm, Qorxuram. Sən məni saldın bura.

Oğlan: - Ağlama. Gəl, dalımca. Səsimdən yapış...

Tamaşa sona çatır, alqışlarbundan xəbər verir...


Tamaşada əməkdar artistlərMəmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov(Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edib.

Tamaşa YUĞ Teatrınınyaradıcısı, ustad Vaqif İbrahimoğlunun ruhuna ithaf edilib.

YUĞ həmişə məni heyrətləndirən,mənəvi qidamı ödəyən nadir teatrlardandır. Hələ-hələ Güzlar Qurbanova kimiəjdaha aktrisamız da bu teatrın tamaşalarında rol alanda sevincim bir idisə beşolur.