"Bizdən əlavə uğur istəyirlər" - Qurban Qurbanov
Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik.
Adalet.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, hər bir idmançı çempion olmağı arzulayır, bu adı almaq üçün futbolçu daha çox çalışır.
“2009-cu ildə "Qarabağ"ın ilk Avroliqada oynadığı oyun Norveç klubuna qarşı idi. Həmin gün oyun Ağdamın işğal gününə təsadüf edirdi. Mənim Qarabağda ilk həyəcanlı oyunum idi. Həmin gün stadionda 32 min azarkeş var idi. Hər kəs qalib gəlməyimizi çox istəyirdi. Yanılmıram, onların duası idi ki, biz 1:0 qalib gəldik. O oyunun sevinci məndə daha çox idi, nəinki "Benfika" ilə oyunda. Həmin ili ən uğurlu ilim adlandırardım. Baxmayaraq ki, daha uğurlu oyunlarımız olan illər olub. Hər bir uğurun açarı stabillikdir. Mənim futbolçulardan və özümdən hər zaman bir tələbim olub. Bizdən əlavə uğur istəyirlər”, - deyə baş məşqçi bildirib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

