"Bizdə təhsil eksperti anlayışı yoxdur" - Nazirdən sərt açıqlama - VİDEO
“Bizdə təhsil eksperti anlayışı yoxdur. Onlar özlərini ekspert adlandırırlar”.
Adalet.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
“Olimpiadalarda yüksək nəticə göstərmək üçün ingilis dilini bilmək mühüm deyil. Təhsil eksperti adlandırdığınız şəxslər özü orada iştirak etmədiyi üçün bilmir.
Elm və Təhsil Nazirliyi üçün təhsil eksperti anlayışı yoxdur. Bunu biz yox, siz qəbul etmisiniz. Bizə görə təhsil mütəxəssisləri və rəy var. Ancaq bu, şantajdırsa, biz bu barədə danışmırıq. Təhsil ekspertləri təhsili daha yaxşı etmir. Onların qaldırdığı problemlər doğrudur. Aralarında hörmət etdiyim şəxslər də var. Amma adam özü-özünə ad qoyub və siz də bunu qəbul etmisiniz. Siz indi həmin adama yenidən ekspert deyəcəksiniz? Şübhə varsa, məsələ budur elə, utanmasan oynamağa nə var ki?”, - deyə nazir əlavə edib.
Digər Xəbərlər
13 Iyul 2026 21:14
DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA
12 Iyul 2026 14:30
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı
10 Iyul 2026 14:56
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
09 Iyul 2026 11:06


Bakı -°C

