adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Noyabr 2018 19:56
10792
MƏMLƏKƏT

BİZ NİYƏ BU GÜNƏ QALDIQ, AY DƏDƏ?!

Özəlteleviziya kanallarımız kefdi ey başdan-ayağa.Millətdə nə abır-həya qaldı, nə də üzünün suyu.O gün baxıram 82 yaşlı bir kişi çıxıb televizyona, 76 yaşlı arvadının onaxəyanət etməsindən danışır. Çərləməyəsən-neyləyəsən.

Həmingün başqa bir kanalda bir xanım əriylə dava-qırğındadı və ərinə deyir ki, doğduğum uşaq səndəndeyil.

Vallah,məni qınamayın, elə bil bu xalqın ayıbını Sovet hökuməti örtürmüş.

Bütün özəl telekanallarda eyni mövzuyahəsr olunmuş müxtəlif adla eyni proqramlar nümayiş etdirilir. Görək bu gecə hansı kanaldaər-arvad dalaşacaq, gəlin-qayınana, qayınata-gəlin, kürəkən-qayınana, baldızdavası göstəriləcək, türk musiqisi altındakimlər ağlayacaq və kimlər məsxərəyə qoyulacaq. Mənim baxmağa vaxtım yoxdu,baxanlar yazsın, mən də qəzetdə çap edim,kanalların adlarını yazsınlar, onuda çap edəcəm.