adalet.az header logo
  • Bakı -°C
20 May 2026 12:57
79
DÜNYA
A- A+

Birləşmiş Ərəb Əmirlikləri İranın 530 milyard dollarını mənimsəyib

Növbə Rusiyanındır?

Həyat göstərir ki, külli miqdarda ölkə aktivlərini xarici banklara yerləşdirmək təhlükəli və mənasızdır. Bu gün sənə "qızıl viza" və 99 illik müdafiə vəd edənlər, sabah heç bir izahat vermədən pullarının dalına keçə bilərlər.

 Birləşmiş Ərəb Əmirliklərinin İranın 530 milyard dollar dəyərində aktivlərini mənimsəməsi,  buna acı misal ola bilər. 

 Bu, xüsusiylə Rusiyaya tanış ssenaridir. Avropa Birliyi və ABŞ artıq neçə illərdi Rusiyanın yüz milyardlarla avroluq aktivlərini dondurub, indi onların mənimsənilməsinin qanuni  yollarını axtarırlar. 

  Aİ-də və ABŞ-da bunun məhkəmələr, direktivlər vasitəsiylə həlli yolları axtarılır, Yaxın şərqdə isə vəziyyət tamamilə başqa cürədir, məhkəmə filana ehtiyac duyulmur, açıdan-açığa mənimsənilir vəssalam. 

 Avropa və Amerikada itirilən yüz milyardlarla avronun dərdinə əlac tapmamış Rusiya, indi də Birləşmiş Ərəb Əmirliklərində rəsmi göstərilən 20 milyard, Boston Consulting Crupun qiymətləndirməsinə görə isə, qeyri rəsmi  500 milyard dollar dəyərində aktivlərinin hayına düşüblər. 

 Rusiya prezidentinin illər əvvəl iş adamlarına və dövlət strukturlarına, xarici ölkələrdə və banklarda yerləşdirilən aktivlərini   Rusiysya köçürmək barədə verdiyi tövsiyyələrə məhəl qoymayan biznes adamları, indi əl-ayağa düşüblər. BƏƏ-də, ofşor hesablarda yatırılan vəsaitlərinin əllərindən çıxa biləcəyindən bərk narahatlıq keçirirlər. 

 Lakin, Rusiyanın hazırda ərəb dövlətlərinin ərazilərinə raket zərbələri endirən İrana dəstək verməsi, vəziyyəti daha da çıxılmaz edir. Rusların ən çox ehtiyat etdiyi-qorxduğu məsələ odur ki, Birləşmiş Ərəb Əmirliklərinin Rusiyanın da aktivlərini mənimsəməsinin qarşısını kim saxlaya bilər, məsələsidir.

 Rüstəm Hacıyev

 SMİ 2 analitik mərkəzinin materiallarından istifadə olunub