adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Mart 2017 16:17
16472
MƏMLƏKƏT

Birinci vitse-prezident xanım Mehriban Əliyevaya

Azərbaycan RespublikasıBirincivitse-prezidenti xanım Mehriban Əliyevaya



Hörmətli Mehriban xanım,

Hörmətli cənab prezident İlhamƏliyevin sərəncamı ilə birinci vitse prezident təyin olunmanız münasibəti ilə Sizisəmimi qəlbdən Dünya Azərbaycanlıları Assambleyası idarə heyyəti adından və bugün mövcud olan 22ölkədəki təmsilçilərimiz adından təbrik etmək istərdik.

Əlbəttə bütün topluma sizin HeydərƏliyev Fondunun rəhbəri olaraq imza atdığınız lahiyələr məlumdur. Hələ millət vəkiliolduğunuz zamanlar humanizm prinsiplərinə söykənərək Milli Məclisdə aministiyaaktına təşəbbüs göstərməniz, ata , ana qayğısından məhrum olan uşaqların ev şəraitininyaxşılışdırılması , şəraiti ağır olan uşaq evlərinin təmir edilərək yüksək şəraitdəkimsəsiz uşaqların istifadəsinə verilməsi ilə bağlı, dünyanın bir sıra ölkələrindəölkəmizin tanınması istiqamətində atdığınız addımlardan, gördüyünüz işlərdən məlumatımız var. Məhz bütün bunlara görəhesab edirik ki, bu təyinat alqışlanacaq təyinatdır.

Biz dünyanın müxtəlif ölkələrindəyaşayan azərbaycanlılar olaraq təyinatınızdanaldığımız sevinc hissini sizinlə bölüşmək istərdik.

Bundan sonra sizin atacağınızbütün addımların arxasında olduğumuzu bəyan edir, vətənimiz üçün görəcəyinizgözəl işlərin uğurla nəticələnməsi baxımından biz xaricdə yaşayan həmvətənlilərolaraq sizinlə olduğumuzu bildiririk.

Bir daha sizə işlərinizdə uğurlararzu edir , sizə ən səmimi arzularımızı göndərir və sizi bağrımıza basırıq.

Hörmətlə,

RəşadQuliyev

DünyaAzərbaycanlıları Assambleyasının prezidenti

Almaniya, Köln

09.03.2017