adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Dekabr 2019 13:01
29862
GÜNDƏM

Birinci özünə qarşı dürüst ol! - Qızıl dərililərin 20 "Şərəf Qanunu"

Öz adət-ənənələri ilə seçilən, özlərinə xas qanunları olan irqlərdənbiri də Qızıl dərililərdir. Çox vaxt hindu da adlandırılan bu irqin xüsusi "ŞərəfQanunları" toplusu var. 20 maddədən ibarət bu qanun toplusunu sizə təqdimedirik.

1.Dua etmək üçün Günəşlə bərabər oyan. Tək və tez-tezdua et. Sən sadəcə danışsan, Böyük Ruh dinləyər.

2.Yolda azmış adamlara qarşı anlayışlı ol. Cəhalət,kibir, qəzəb, paxıllıq və acgözlük itmiş ruhdan qaynaqlanır. Yollarınıtapmaları üçün dua et.

3.Özünü araşdır, kəşf et. Başqalarının səninyolunu bəlirləmələrinə icazə vermə. O yol sadəcə sənin yolundur. Başqaları səninləbərabər o yolu yeriyə bilər, amma heç kim sənin əvəzinə o yolu yeriyə bilməz.

4.Evinə qonaq gələnlərə hörmətlə davran. Onlara ənyaxşı yeməklərindən ver, ən yaxşı yatağını ver və onlara hörmət və izzətləmünasibət göstər.

5.Başqa bir adamdan, cəmiyyətdən, çöldən, ya dabaşqa bir mədəniyyətdən də olsa sənin olmayan şeyi götürmə. O nə qazanılmışdır,nə də verilmişdir. Sənin deyil!

6. Yer üzündə olan hər şeyə hörmətlə davran – istər insan olsun, istər bitki, ya da heyvan.

7. Digər insanların düşüncələrini, istəklərini və sözlərini şərəfləndir. Heç kimin sözünü kəsmə, lağ etmə, ya da yamsılama. Hamıya özünü ifadə etməsi üçün icazə ver.

8. Başqaları ilə qətiyyən pis danışma.Kainata buraxdığın mənfi enerji sənə ikiqat halda geri qayıdar.

9. Hamı səhv edə bilər və bütün səhvlər bağışlana bilər.

10. Pis düşüncələr insan zehnində, bədənində və ruhunda xəstəliklərin yaranmasına səbəb olar. Ona görə də həmişə pozitiv ol.

11. Təbiət bizim üçün deyil, o bizim bir hissəmizdir. Onlar sənin dünyəvi ailənin parçalarıdır.




12. Uşaqlar gələcəyimintoxumlarıdır. Onların ürəylərinə sevgi ək,müdriklik və həyatın dərsləri iləsula. Onlar böyüyərkən, onlara böyümələri üçün yer burax.

13. Başqalarının qəlbiniqırmaqdan qaç. Verdiyinin acının zəhəri sənə geri qayıdar.

14. Hər zaman ədalətli ol!

15. Özünü nizamda tut. SəninZehinsəl "Mən”in, Ruhsal "Mən”İn, Duyğusal "Mən”in və Bioloji "Mən”in həmişəgüclü, saf və sağlam olmağa ehtiyac duyur. Zehnini gücləndirmək üçün bədəniniişlət, duyğusal narahatlıqları sağaltmaq üçün ruhsallıqla böyü.

16. Kim olacağını və necədavranacağını müəyyən edərkən məntiqli qərarlar ver. Öz etdiklərinin məsuliyyətiniüzərinə götür.

17. Başqalarının məhrəminəvə şəxsi işlərinə qarşı hörmətli ol. Heçkimin şəxsi əşyasına toxunma – xüsusilədə müqəddər və dini əşyalarına. Bu qadağandır!

18. Birinci özünə qarşıdürüst ol! İlk olaraq özünü bəsləyib, özünə kömək etməsən, heçkimi bəsləyib onakömək edə bilməyəcəksən.

19. Başqalarının diniinanclarına hörmətlə yanaş. Öz inancını başqalarına qəbul etdirməyə çalışma.

20. Gözəl talehinibaşqaları ilə də paylaş Xeyriyyə təşkilatlarına yardıme et, səxavətli ol!


Ulucay Akif