adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Avqust 2018 12:22
10364
ELM VƏ TƏHSİL

Birinci mərhələ üzrə 3692 müəllim işə qəbul edilib

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb.

Avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək.