adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Noyabr 2017 14:47
56619
HÜQUQ

BİR VƏKİLƏ 370 CİNAYƏT İŞİ

Gürcüstanda 100 minadama 85, Ermənistanda 43, Azərbaycanın birqəsəbəsi boyda Lüksemburqda 322 vəkildüşür. Azərbaycanda isə bu rəqəm 8,5-dir. Statistikaya görə isə il ərzində məhkəmələrdə 370 minişə baxılır. Təbii ki, bunun da hamısı cinayətişi deyil, ailə-məişət problemi var, boşanmalar,mülk iddiaları və sair və ilaxır. VəkillərKollegiyasının da 950 üzvü var.

Nümayəndəlik də ləğvedildi. İndi bir vəkilə təxminən 370 iş düşəcək. Heç bir vəkil, lap Allahın bacısıoğlu olsa belə, bu qədəryükün altına girə bilməz. Hələ nəzərə alsaq ki, ən adi bir məhkəmə prosesiüç mərhələdən keçir: rayon məhkəməsi, Apellyasiya məhkəməsi, Ali məhkəmə.Vəkil də bu prosesin hamısında iştirak etməlidir. Hələ elə məhkəmələr də var ki,bəzən iki-üç ay çəkir.

Statistikaya görə,orta hesabla hər ay təxminən 1200 boşanmabaş verir. Deməli, bu işə 2400 vəkil çıxmalıdır.

Düzdür, belə bir əlavə var ki,yaxın qohum nümayəndə kimi məhkəmədəiştirak edə bilər. Amma hamının hüquqşünasyaxın qohumu varmı?

Üç ilə yaxındır ki,Vəkillər Kollegiyasına üzv qəbulu keçirilmir.Nə vaxt keçiriləcəyi də hələ üfüqdəgörünmür.

O da bir həqiqətdirki, nümayəndələrin işində istənilən qədər nöqsan vardı, onlar çox vaxt vəkilliklə deyil, vasitəçiliklə məşğuluydu. Amma o da var ki, təkcə nümayəndələr deyil, bəzivəkillər də vasitəçilik edirdilər və edirlər.

Qısası, vəkillik məsələsi Qordi düyününə dönüb və kələfin ucu itib.

Yaşayaq görək nəolur.


Rüstəm HACIYEV