adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Iyun 2019 16:50
61385
MƏDƏNİYYƏT

Bir qalanın sirri

Etimala görə onun tarixi eramızdan əvvəl XII- IX əsrlərəaiddir. Qala Lənkəran şəhərinin 7-8 kilometrliyində, Lənkərançayın solsahilində, dəniz səviyyəsindən 1300-1400 metr hündürlükdə inşa edilmişdir.

Səkkiz güşəli olanbudaqların bünövrəsi çay daşından, özülü isə bişmiş kvdrat şəkillikərpicdəndir.

Qalanın qapı yeri,kərpicdən hörülmüş quyu və divarlarının qalıqları indi də durur.

Qalanın tarixihaqqında çoxlu rəvayətlər var. Onların birində deyilir ki, eramızın IV əsrindəSasani, Şahı II - Şahpur (309-379) İrana tez-tez basqınlar edən romalılardan,xəzərlilərdən, köçəri hun tayfalarından qorunmaq üçün çoxlu qalalar tikdirir.Talışdakı İran Canişini Hilal Babur da şahın əmri ilə indiki Lüvəsər kəndininyaxınlığında əzəmətli bir qala inşa etdirir. Deylənə görə, orada böyük birqarnizon yerləşmiş. Qala düşmən hücumlarının qarşısını alınmas və bu yerlərdənkeçən ticarət yollarının təhlükəsizliyini təmin edilməsində mühüm rol oynayıb.Qalanın daxili və ətrafı atəşpərəstlik elementlər ilə dolu olub. 1922-ci ildəAzərbaycan Arxeologiya Komitəsinin ekspedisiyası qala divarları üzərində günəş,ulduz və od təsvirlərini müəyyən etmişdir.

Qalada ölümə məhkumedilmişlər xüsusi qapıdan keçirilib, əvvəlcədən hazırlanmış dərin quyu yanınagətirirlər və kəsilmiş başlar oraya düzülərmiş. Bu səbəbdən də həmin yeri"Goranbo”, yəni görlara qəbir, qəbirlərə qapı” adlandırılmışdır.

Ərəb istilası dövründəqala ərəblərin əlinə keçmiş və burada xilafətin qarnizonu yerləşdirilmişdir.

Bələbur sözünün mənasıtalışca "palıd tikanlığı” deməkdir. Çünki, hündür palıd ağacları və tikanlıqqala üçün təbii hasar olmuşdur. Həmçinin etimal var ki, qala adı ilk sahibiBaburun adının ərəb əlifbasının hissəciklərinin birləşməsi variantında:Bə-əl-Babur sözündən yaranmışdır.

Bəlləbur qalasıhaqqında fransız arxeoloqu Jak de Morqan XIX əsrin axırında tədqiqat işləriaparmışdır.

Morqan özü qeydetmişdir ki, Lənkəran ərazisində eramızdan əvvəl XII-IX əsrlərə aid qazıntımaterialları çoxdur.

O, tədqiqat zamanıdaş, qutu, qəbirlər, tunc əşyalar və bəzək şeyləri əldə edib. FransadakıSen-Fermen muzeyinə satmışdır.

XIX əsrin axırlarındavə XX əsrin əvvəllərində Talışın tarixinə, o cümlədən Bəlləbur qalasınınöyrənilməsinə maraq artır. Bu axtarışlar da qazanc əldə etmək məqsədi daşıyır.1910-cu ildə Bəlləbur qalasında böyük xəzinə tapılır. Bu vaxt qalanın bir çoxyerləri dağıdılır, daşlar üzərində və divarlarda olan relyef işarətəsvirlərinin çox ləğv edilir.

1924-cü ildəAzərbaycan Arxeoloji Komitəsi Lənkəran ərazisində o cümlədən Bəlləbur qalasındaqazıntı işləri aparır. Arxeoloji tədqiqatların nəticələrinə görə vaxtı iləqalanın divarlarında çoxlu miqdarda yay, ox, nizə, qılınc, qalxan, tunc, çıraq,döyüş baltası, mizraq, habelə gipisdən düzəldilmiş quş və gül təsfirləri ocümlədən günəş, ulduz və od relyefləri də olmuşdur.

Qaladakı qoç heykəliheykəltaraşlıq cəhətdən mükəmməl əsərdir. Lakin təəssüf ki, qalada xəzinətaqmaq məqsədi ilə törədilən dağıntılar bu təsfirlərin və sənət əsərlərininçoxunun dağılmasına səbəb olmuşdur. Bəlləbur qalasından tapılmış eksponatlarLənkəran diyarşünaslıq muzeyində saxlanılır, abidələrin bəzi eksponatları isəFransanın Senzermen muzeyindədir.

Bəlləbur qalası qrafiktəsvir və heykəltaraşlıq nümunələri ilə zəngin Talış diyarının əzəmətinigöstərən qədim tarixi abidədir. Onun tarixi hələ də tam və hərtərəfliöyrənilməmişdir. Qala tarixçilərin yolunu gözləyir.

Azad Zülalaoğlu-jurnalist

Lənkəran şəhəri