adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Avqust 2018 11:00
9799
ƏDƏBİYYAT

Bir qadının dilindən roman yazmaq istəyərdim - Orhan Pamuk

Adalet.azsaytı Orhan Pamuka ünvanlanan 24 sual və onun cavablarını təqdim edir:




1. Həyatdakıən böyük qorxunuz nədir?

-Yalnız qalmaq və yazı yazmağın zövq və həyəcanını itirmək. Bu çöldə qalmaq kimibir şeydir.

2.Harada yaşamaq istəyərdiniz?

- İstanbulda.Xüsusən də dənizə girə biləcəyim yerində.

3. Ənxoşbəxt olduğunuz an?

- Birkitabın yaxud da bir filmin içində özümü itirdiyim və bir kitabı özüm yazmışamkimi, bir filmi özüm çəkmişəm kimi hiss etdiyim an.

4.Hansı səhvləri rahatca, gülərüz qəbul edə bilərsiniz?

- Mənəziyan verməyən və bir xeyli sonra fərqinə vardığım xətalar. Bəzən mən də belə səhvləredirəm.

5. Ənsevdiyiniz kişi xarakteri?

-"Başımda bir qəribəlik” romanımın qəhrəmanı Mövlud Qaradaş.

6. Ənsevdiyiniz qadın xarakteri?

- "Mənimadım qırmızı” romanımın qəhrəmanı Şeküre

7.Tarixdəki sevimli qəhrəmanınız?

-Mustafa Kamal Atatürk və bir çox qəhrəmanlar var, amma əslində düşünürəm ki, qəhrəmanlaraehtiyac olmamalıdı. Qəhrəmanlara ehtiyacı olan, möhtac olan bir toplumdayaşamaq istəmərəm.

8.Yaşayan ən çox sevdiyiniz insan?

- Qızım Röya.

9.Bir kişidə ən bəyəndiyiniz xüsusiyyət?

-Dostcanlı, istiqanlı, barışı sevməyi.

10.Bir qadında ən bəyəndiyiniz xüsusiyyət?

-Gülümsəyən və işinin ən incə məqamlarını düşünən olmağı.

11.Ən sevdiyiniz ümumi xüsusiyyət?

-Dürüstlük.

12.Hansı işi görərkən xoşbəxt olursunuz?


- Yazarkən.

13.Kimin yerində olmaq istəyərdiniz?

- Gənclikçağlarındakı Orhan Pamukun yerində olmaq istərdim. Çünki "Ax, o vaxtkı ağlımolsaydı, başqa cür edərdim” deyib peşmanlıq çəkən biriyəm.

14.Özünüzdə gördüyünüz ən vacib əskiklik?

- Səbr,dözüm və hadisələrin ətrafından qayıda bilmək bacarığı. Mən hadisələrin içinəgirib bəzən özümü pis vəziyyətə salıram.

15.Sahib olmaq istədiyiniz istedad, bacarıq?

- Rəssamlıq.

16.Yuxu kimi qalan xoşbəxtlik arzunuz?

-Sonsuz bir zamanımın olmağı və problemsiz yaşamaq. Hər şeyi etməyə vaxtım var –deyə bilməyim.

17.Ən çox işlətdiyiniz söz?


- Boş ver. Bunu dostlarıma da, özümə də çox deyirəm. Dərd çəkməsinlər deyə, çəkməyimdeyə.

18.Hansı vəziyyətdə yalan danışırsınız?

- Ənhaqlı yalan danışılan sevən zaman olur. İtirməmək üçün, onu qoruyub saxlamaqüçün yalan danışırsan.

19.Ən nifrət etdiyiniz şey?

-Tıxacda qalmaq, pis niyyətli insanların pis sözlərini eşitmək məcburiyyətindəqalmaq. Bir də görürsən, tıxacda yolumu dəyişirəm ki, ləngiməyim, amma yenə gəlibtıxaca ilişirəm və hərəkətsiz halda maşınımda otururam. Bu məni boğur, əsəbiləşirəm.

20.Dünyaya yenidən gəlsəniz kim olmaq istəyərdiniz?

- Birincisiözüm olmaq istəyərdim, gənclik illərimi yenidən, daha yaxşı yaşamaq istərdim.İkincisi də ki, birinci şəxsin təkində, bir qadının dilindən roman yazmaq.Özümü qadın kimi hiss eləmək və qadın kimi nə düşünməyimi hiss etmək. Nəticədəmən kişiyəm və buna gücüm çatmır. Amma qadının dilindən roman yazmaq və hətta"bunu Orhan Pamuk yazmayıb, hansısa qadın yazıb” dedirtəcək bir roman.

21.Ən dəyərli əşyanız?

-Dolma qələmim, bir romanı eyni qələmlə yazmaq vərdişimdi. Çay fincanım,kağızlarım.

22.Ən çox işlətdiyiniz söyüş?

- Eşşəkoğlu eşşək.

23.Necə ölmək istəyərdiniz?

- Fərqindəolmadan, səssiz. Amma yazmağı düşündüyüm bütün romanları yazandan sonra.

24. Həyatdakıdeviziniz?

- Boşver, bu da keçər, yazmağa davam.


Öz türkcəmizə çevirən Emin Akif