Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib.
Adalet.az-ın məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib.
Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdən sonra qardaşı qızının saçını darayarkən ildırım çaxıb. Ağır xəsarət alan gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ailəsinin sözlərinə görə, hadisə baş verən vaxt hava buludlu olsa da, güclü yağış yağmayıb.
Gənc qadının ölümü ilə bağlı araşdırma davam edir.
Ana Beatris Arauj Ferrera ölümündən bir neçə gün əvvəl Almasda keçirilən “ExpoAlmas” sərgisi çərçivəsində təşkil olunan tədbirdə “Rodeo Kraliçası” tacına layiq görülüb.
Fizioterapiya üzrə təhsil alan və universitetdə ilk semestrdə oxuyan Ana Beatris Arauj Ferrera 5 yaşlı oğlan uşağının anası olub.
Digər Xəbərlər
16 Noyabr 2026 14:16
Elariz ABŞ-dəki qazancından danışdı
16 Noyabr 2026 12:46
Sərxan Kərəmoğlu vəsiyyətini açıqlayıb
15 Noyabr 2026 23:44
Mərhum modelin evi 3,6 milyon dollara satışa çıxarıldı
14 Noyabr 2026 23:51
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
14 Noyabr 2026 23:31
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
14 Noyabr 2026 20:41
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
14 Noyabr 2026 15:36
"Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
12 Noyabr 2026 13:32


Bakı -°C

