adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Sentyabr 2017 12:26
9801
SAĞLAMLIQ

Bir kişi ölənə qədər öz erkəkliyini qoruya bilər

"İddia edirəm...
Özünə baxan...
Şüurlu bəslənən...
Şüurlu idman edən...
Bir kişi ölənə qədər cinsi gücünü qoruya bilər.”

Bunu mən yox, o illər Azərbaycanda müsahibə elədiyim Gerenotologiya Universiteti direktoru professor Sultanov söyləmişdi.

Özünə:

- Bir kişi 100 yaşında da olsa cinsi gücünü qoruya bilərmi, deyə heyrətlə soruşduğumda...

Belə cavab vermişdi:

- Cinsi gücün yaşla əlaqəsi yoxdur.

Elə olsaydı, 35-40 yaşındakı insanlar iqtidarsızlıq problemi yaşamazdı.

Cinsi gücü təyin edən əsas amillər psixoloji, fizioloji və bəslənməylə əlaqəlidir.

-Bu səbəblə yaşın heç bir fərqi yoxdu deyib mənə 129 yaşında ata olan Saidovu örnək göstərmişdi.

Sultanovun bu sözlərinə inanmaq mümkün deyildi…

Taa ki, məni Saidov ilə tanış edənə qədər.


129 yaşında ata olan insanın sirri nədir?

Saidov 129 yaşında, amma güclü biriydi.

Salamlaşarkən əlimi sıxmasından bəlliydi.

Saidovdan soruşdum:

- Nə yeyər, nə içər, nə edərsən ki, bu yaşda ata olacaq qədər güclüsən?

- Gündə ən çox 2 dəfə yemək yeyərəm. Amma, heç bir vaxt mədəmi ağzına kimi doldurmaram.

Həftədə eyni gün və saatlarla da sekslə məşğul olaram.

Günəş doğandan sonra səhər yeməyimi yeyərəm.

Sonra da, 5 kilometrə qədər uzaqdakı təpənin yaxınlığındakı tarlama sürətli addımlarla çıxaram.

Tarlamda çalışaram. Gün batmadan əvvəl də orada günorta-axşam yeməyimi birlikdə edərəm.

- Yaxşı, bu gücünü ən çox nəyə borclusan?

- Saman çörəyinə

-Nədən hazırlanır bu saman çörəyi?

-Təzə buğdanı qılçığından ayırıb ucundakı buğdaları əzərək hazırladığımız bir çörəkdir.


Sultanova bu saman çörəyinin özəlliyi nədir, deyə soruşduğumda belə anlatdı:

- Bu saman çörəyinin içində ürəyi gücləndirən, damar sərtliyinə yaxşı gələn vitaminlər…

Cinsi gücü artıran, sperma səviyyəsini yüksəldən zəngin hormonlar vardır.

Bu saman çörəyi bölgənin ən əhəmiyyətli qidalarından biridir.

Güclərini bu saman çörəyinə borcludurlar.

sözçü qəzetinə istinadən...