adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
11 Iyun 2020 11:52
74804
ƏDƏBİYYAT

Bir ilə 250 qadın dəyişən şair

Həqiqətçox qəribədir, hiylədən də qəribə. Belə söylərdi. Bəlkədə bu kəlmələr onun həyatını, yaşamını təqdim etməkçün ən uyğun sözlərdi.

Dəli Cek deyilən birinin oğlu olması hər halda Bayronun gələcəkhəyatına da təsir etmişdi. Nə də olsa onun genlərini daşıyırdı. Düzdü, atasının"tərbiyəsini” görməyə o qədər də şansı olmadı. Çünki hələ üç yaşı olarkən dəliCek içki aludəçiliyi səbəbindən ölmüşdü. Buna baxmayaraq Bayron yenə də atasınabənzəyirdi. Onsuz da anasına bənzəmək, onu sevmək kimi bir lüksü yox idi. Anasıondan nifrət edir, onu döyür, bir dəfəsə öldürməyə cəhd etmişdi. Ayaqlarındakıqüsura görə ona axsaq deyə xitab edirdi. Bayronun dayəsi isə ona doqquz yaşındatəcavüz etmişdi. Bu qədər talesizliyə baxmayaraq əmisinin mirası ona qalmışdı.O da bundan sonra əmisi baron Bayronun həm adını, həm də mirasını götürdü.

Bayron böyüdükcə yaraşıqlı bir gəncə çevrildi. Atletik bədənquruluşu onun ayaq qüsurunu örtürdü. Bir problemi vardı ki, o da yeməyə və çəkialmağa meyilli olmağı idi. Amma bu da zamanla yerinə düşdü. Çünki onun əslqidası seks idi. Bayron təkcə Venesiyada yaşadığı bir il ərzində 250 qadınlayatmışdı. Bu siyahıda ledi Karolina, xalası qızı İzabella və deyilənlərə görəögey bacısı Avqusta Ley də var idi. Bayron qadınlarla kifayətlənmir, özünə kişisevgililər də tapırdı. Daha çox az yaşlı oğlanları seçən Bayron bununla dadoymayaraq mümkün olan bütün canlı tiplərini yatağına salmağa çalışırdı. Deyilənlərəinanılsa, o bəzi heyvanlarla da sevişmişdi.

Məşuqəsinin baş skeletində şərabiçirdi

Nəticədə Bayron Avropanın ən şorgöz kişisi kimi tanındı. Şeirlərionun haqqında olan dedi-qodular qədər məşhur ola bilmədi. Həyatı o qədər qəribəidi ki, başqa cür olması da mümkün deyildi. Bəzi dedi-qodulara görəsə, Bayron şərabıinsan başı skeletində içirdi. Deyilənlərə görə bu baş bir keşişin, bəzilərinəgörəsə keçmiş məşuqəsinin başı idi. 1815-ci ildən evli olduğu Ledi Bayron onunbu hərəkətlərinə yalnız bir il dözə bildi. 1816-cı ildəsə ondan boşandı. Buhadisədən sonra Avropa səyahətinə çıxan şair bir daha geri dönmədi. İngilislərindedi-qodusundan, qınaqlarından qurtulmağın tək yolu da bu idi.

Bayron həmin ilin yazını İsveçrədə keçirdi. Burada şəxsi həkimi Con Polidoriilə yaşadı. Onlar şair Şelli və nişanlısı Qodvin ilə dost oldular. Şair buradaqorxunc hekayələr yazaraq həyatına daha bir əyləncə qatdı. Qodvin Frankşteynromanını həmin ərəfədə yazmağa başladı. Polidori isə "Vampir”inə ilhamı yenəBayrondan aldı. Bu əsər Drakula əsəri üçün bəhrələnmə mənbəyi oldu.

Yunanların qəhrəmanı oldu

İsveçrədən İtaliyaya köçən Bayronburada evli xanımlarla sevgi yaşamağa başladı. Ən yadda qalanını ərli Teresa iləyaşayan şair 1823-cü ildə Yunanıstana səfər etdi. Yunanların Osmanlılara qarşıazadlıq mücadiləsinə dəstək verdi. Heç bir hərbi bacarığı olmasına baxmayaraqyunanlılara hərbi təlimlər keçdi, onlara maddi yardımda böyük dəstək oldu. Şairbu gün də Yunanıstanın milli qəhrəmanı sayılır.

Hər hansı bir döyüş görməyən şairağır xəstələndi və 1824-cü ildə vəfat etdi. Bütün İngiltərəni yasa bürüyənölümdən sonra şairin dostları Londona toplaşaraq şairin gündəliyini oxumağa başladı.Gündəlikdə qəribə seksual macəraları oxuyan dostları bundan narahatlıq keçirdi.Az qala qəhrəmana çevrilən bir adamın bu gündəliyini xalq oxusaydı əsl biabırçılıqolardı. Həmçinin, şair haqqında yaradılmış qəhrəmanlıq obrazı dağıla bilərdi.Bütün bunları nəzərə alan şairin dostları həmin gündəliyi yandırdılar.

Qıl kolleksiyası

Bayronun dövründə foto olmadığınagörə şair sevgililərindən xatirə saxlamaq üçün qəribə yol seçmişdi. O, sevişdiyihər qadının vaginasından tük götürərək zərfə qoyur, sonrasa həmin sevgilisininadını zərfin üzərinə yazırdı. Zərflər və tüklər 1980-cı ilə qədər Londondakı Bayronnəşriyyatındakı dosyedə qalırdı. Amma həmin ildən sonra zərflərin və tüklərinaqibəti məlum deyil. Ola bilsin, hansısa kolleksionerin əlinə keçib və ya məhvedilib...

Bayronun cinsi münasibətləri arasındaögey bacısı Avqust Leyin də adı hallanır. Düzdü, Ley həmin vaxt evli idi. Ammabir qadının ərli və ya subay olması Bayron üçün elə də önəm kəsb etmirdi. Leyinqızı Medoranın əslində Bayronun qızı olduğu deyilir. Bir növ o həm dayı, həmata, həm qardaş idi. Tüklər ürpədən bu şəxsi imic Bayron haqqında yaşayandeyimləri heç zaman əksiltməyəcək..

Ayısını universitet professorundan üstün tuturdu

Bayron ərli və gənc oğlanlarla bərabərheyvanları da sevirdi. Heyvan kolleksiyasında at, qaz, meymun, porsuq, tülkü,tutuquşu, şahin, afrika toyuğu da var idi. Şair Kembricdə oxuyarkən it saxlamaqqadağasına etiraz olaraq evində ayı saxladı. Hətta məktublarında evindəki ayınınuniversitetdə daha yaxşı müəllimlik edə biləcəyini söyləyəcək qədər cəsarəttapmışdı.

Beppo adlı pişiyindən əlavə beş pişiyidə var idi. Səyahət edərkən onları özüylə aparmağı sevərdi. Şairin ən çoxsevdiyi heyvansa Boatsven adlı iti idi. 1808-ci ildə quduzluqdan ölən itinə şeirhəsr elədi, hətta ailə qəbiristanlığında ona abidə qoydurdu.

Heyvanlara olan sevgisini paylaşabilməyən arvadı Ledi Bayron boşandıqdan sonra belə deyirdi: "Onun kimi qəddarinsanın heyvanlara olan şəfqətini, sevgisini anlamaq çətindir. Əslində,heyvanlara qarşı şəfqətli olmasının səbəbi heyvanların şüursuz olmağından onun şiddətiniqınaya bilməməsidir.”

36 yaşındakı ölümünün rahatlıqlaqarşısı alına bilərdi. Yağışlı havada sətəlcəm olan şairin qanını həkimlər həddənartıq almışdı. Yanlış həkim müdaxiləsindən sonra şair 24 saat ərzində gözləriniəbədi yumdu.

Bayron Vestminster kilsə məzarlığındadəfn olunmaq istəyirdi. Amma keşişlər buna etiraz etdi. Səbəbsə şairin həyatyolu idi. Şair beləcə ailə məzarlığında dəfn edildi. 1938-ci ilin iyununda tamməlum olmayan səbəblərdən şairin məzarı açıldı. Cəsədi görmək üçün məzarın başına40 nəfər toplaşmışdı. Görənlərdən biri cəsədin hələ də yaxşı qaldığını qeydetdi. Məzardadəfn edilməyən beyni, qəlbi, sağ ayağı xaric cəsəd 114 il keçməsinəbaxmayaraq yeni görünürdü. Hətta bir nəfərin qeydisə daha qəribə idi: " 114 ilkeçməsinə baxmayaraq şairin cinsi orqanı hələ də oyaq idi...”

Tərcümə etdi: Emin Piri