Bir gündə 56 nəfər həbs edilib
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15