adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Aprel 2017 12:45
48450
ƏDƏBİYYAT

Bir gecədə oxuyub bitirmək istəyəcəyiniz – 10 kitab

Bəzi kitablarıoxumaq çox çətindir. Günlərcə oxuyub bitirə bilmərik. Bəzi kitablar isə birnəfəsdə oxuna bilər və gözlənilənin əksinə çox-çox şey izah edərlər.Yaddaşımızda dərin izlər buraxarlar.

Bir gecəarxanıza söykənib oxuya biləcəyiniz, səhər qalxdığınızda kitabın damağınızdaburaxdığı dadla günə tam fərqli davam edə biləcəyiniz kitabları sizin üçün biraraya gətirdik.

İstədiyiniz hərşeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, məhzkitab oxumaq daxili dincliyi tapmaqda sizə kömək edəcək.

Əgər kitabseçimində qərarsızsınızsa, onda sizə bir gecədə oxuyub bitirəcəyiniz ən maraqlı10 kitabı təqdim edirik:


"Heyvanıstan” - Corc Oruell


Bu siyahıda Corc Oruellsiz, xüsusilə də"Heyvanıstan" olmadan düşünülə bilməzdi. Oxuduğunuzda kitabınaktuallığını əsla itirmədiyini anlayacağınız, Napolyona baxıb bu anda bir çoxadamı ona bənzədə biləcəyiniz mükəmməl zamansızlıqda bir kitab.


"Adəmdən əvvəl” – Cek London


Cek Londonu "Əcdadların harayı" ya da"Ağ Diş" ilə tanıdıqsa içində bir az da eşq olan bu gözəl romanınıoxumadan əsla keçməyin. London yalnız vəhşilikdən və şiddətdən deyil eynizamanda xəyallardan və macəradan da bəslənən bir yazar olduğunu xatırlatsınsizlərə.


"Qürur və qərəz”- Ceyn Ostin


Bu klassik,səmimi, əbədi bir əsərdir. Nə eşq hekayəsidir, nə də qadınlar üçündür. 19-cuəsrin Avropası, İngiltərədə baş verən hadisələrdən sonra müasir həyatınızaqayıtmaq istəməyəcəksiniz.


"Fırtına” -  Uilyam Şekspir


Yalnızromanlar ya da qısa hekayələr deyil pyeslər də oxunması çox vacib ədəbinövlərdəndir. Xüsusilə işə Şekspir qarışdımı artıq heç bir şey köhnəsi kimiolmaz. Bir adada həyatını davam etdirən Kalibanın yanına gələcək yeni dostlar,müstəmləkəçilik və qarışıqlıq üzərinə ləziz bir əsər. Oxumaq şərtdir!


"Omon Ra” - Viktor Pelevin


Bu hekayəsovet rejiminin Kosmosa gəmilərini göndərməsi və bu faktın həqiqətə uyğun olubolmamasından bəhs edir. Əsəri istər axırdan, istər ortadan, istər başdanoxumağa başlayın – hər bir halda bu əsəri bəyənəcəksiniz.



"Qaranlıqdırİnsanın Ruhu" – Edqar Alan Po


Edqar AllanPonun hekayələrindən və sözlərindən ibarət olan bir Aforizmlər kitabı - "Qaranlıqdırİnsanın Ruhu". Ponun bu qısa əsərini bir gecədə bitirə bilərsiniz. Ancaqqaranlıqdan qorxursunuzsa, evin işıqlarının hamısını yandırın.


"Kolleksiyaçı”- Con Fovles


Tənha, dəyazdüşüncəli gənc oğlan heç gözləmədiyi anda lotereyada böyük məbləğdə pulqazanır. Kəpənək kolleksiyası toplamaqdan və qonşuluğunda yaşayan gözəl qızısevməkdən başqa heç nə bacarmayan insan bu pulla nə edə bilər ki? Müəllifmanyak və onun qurbanının qarşıdurması ilə yaxşılıq və pisliyin, sadə insan vədahi rəssamın, Sevgi, Gözəllik və Ölümün qarşıdurmasını götərir.


"Döyüş Klubu” - Çak Palanik


Yeraltı ədəbiyyatının Amerikadakı ən yaxşı nümayəndələrindənbiri olan Çak bəyin qələmindən çıxan, hər kəsi özünə aşiq etməyi bacaran bir əsər.Bred Pitt və Edvard Norton ilə tanışlıqdan bəhs etmirik. Kitabın özünüoxuduğunuzda bütün daşlar yerlərinə oturacaq. Bəlkə 2 gecəyə bitrə bilərsiniz.Bəzi kitablar o qədər də tez bitməməlidir.


"Qoca və Dəniz" - Ernest Heminquey


Ernest Heminqueyin heç şübhəsiz ən qiymətli yazıçılardan biriolduğunun sübutu kimidir - "Qoca və Dəniz". Bu əsəri oxumayanlar çoxşey itiriblər deməkdir. Elə bu gecədən əsəri götürüb oxuyun. Peşmanolmayacaqsınız! Dünya ədəbiyyatının şedevrlərindəndir!


"Rita Heyvortvə ya Şouşenkdən qaçış” - Stepen Kinq


Əgər nə vaxtsa öz daxiliqüvvənizə şübhə etsəniz bu əsəri oxuyun. Əsər günahsız bir insanın ömürlük həbscəzasına məhkum olmasından və buna baxmayaraq sınmamağından, dik durmağındanbəhs edir.