adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2017 21:30
14161
MƏDƏNİYYƏT

Bir Evlilikdən Mənzərələr

Həftəsonu işolmadığından köməyimizə filmlər və kitablar yetişir. Günlərcə beynimdə İsveçlirejissor İnqmar Berqman fırlanırdı. Onun bəzi filmlərini izləmişdim. İnsanın tənhalığını, müxtəlifsəbəblərlə çəkdiyi ruhi ağrılarını, cinsi problemlərindən qaynaqlanan tramvalarınıfilmlərindən az da olsa tanıyırdım.

"Bir Evlilikdən Mənzərələr” filmindən yazmağaçalışacam. Berqman filmdə Marianne vəJohanın on illik evlilik həyatlarını gözlər önünə sərir. Qadın və kişi münasibətini bütün çılpaqlığı ilə incələyən rejissor bu film haqqında "üç aya yazdım,dörd aya çəkdim, amma bütün bir ömrün təcrübələrindən faydalandım”demişdi.

Evlilik çıxmazında iki insan qarşımızdadayanır. Həyat eşqlərini cəmiyyətuğrunda fəda etmiş, mükəmməlik şarının içində oksingensiz qalmış iki nəfər…Seçdikləri fotoşəkilin içində "mutlu-məsud” yaşarkən, əslində hər şeyin yalanolduğunu anlamış bir cütlük. Özləri üçün yox, toplum üçün, valideyinləri üçün,dost-tanışları üçün yaşayan ər-arvaddır onlar. Altı seriyadanibarət olan filmin ilk hissəsi "Məsumluq və Təşviş” adlanır.


"Məsumluq və Təşviş”

Bubölümdə aşiq olaraq deyil, əksinə, yaşadıqları uğursuz sevgi macəralarınınonlarda buraxdığı yaraları sağaltmaq üçün məntiqi bir evlilik quraraq bir-birlərinəsığınan iki insan qarşımıza çıxır. Cütlüyün bir televizor programına verdiklərimüsahibə ilə başlayan filmdə Marianne özünü sadəcə Johanın həyat yoldaşı olaraqtəqdim edə bilir. Həyatı boyu başqalarını düşünərək və xoşbəxt etməyə çalışaraqyaşamışdır Marianne. Evlilikləri boyunca bütün vəzifələrini layiqincə yerinəyetirməyə çalışmış həyat yoldaşına kiçik bir xoşbəxtlik yaşatmaq üçün əlindəngələni əsirgəməmişdir. Marieanne bütün bunları edərkən öz istəklərini, özhəyatını arxa plana atmış və kimliyini unutmuş vəziyyətə gəlmişdir.

Johanisə Marieannenin əksinə olaraq özündən əmin istəkləri doğrultusunda yaşayan biradamdır. Reportaj zamanı özü haqqında geniş məlumat verən və özünəvurğunluqnümayiş etdirən bu adam hətta izləyicinin qıcıqlanmasına da səbəb olur.

Filmboyunca başlıqda xoşbəxt ailə tablosu kimi tamaşaçıya təqdim edilən bu cütlüyünevlilik həyatlarının əslində göründüyü kimi olmadığı ortaya çıxır. İkiliəslində ailələri və çevrələrindəki insanlara göstərişli bir evlilik oyunuoynayıblar. Ailə dostları ilə şam yeməyi yeyən cütlüyün yemək əsnasındaistifadə elədikləri "hörmət” kəliməsi əslində münasibətlərindəki qeyri səmimilikdənxəbər verir.

On ilmüddətində hər bazar günü səhər yeməyini ailəsi ilə yeyən Marieanne bu adətdəniyrənmək halına gəlmişdir. Johannla bu barədə danışan və istəklərini bölüşənMarieanne zəng edərək ailəsinə bu bazar onları gözləməmələrini bildirir. Buonun evliliyi vəzifə olaraq görüb istəmədiyi şeyləri etmək məcburiyyətindənqurtulub üsyan etməsində başlanğıc idi.


"Xalçanın altına süpürmə sənəti"

İkinci hissədə, cütlük problemləri olduqlarını görür, bundan şübhələnməyərək, problemlərini xalçanının altına süpürərək bir müddət daha rahat, təhlükəsiz həyat yaşamaq istəyirlər. Həqiqətlərini ört-basdır edərək yaşan cütlüyün taleyi kabusa çevrilməyə doğru yönəlir. 


"Paula"

Bubölümdə Johan Paula adlı bir qadına aşiq olduğunu və ayrılmaq istədiyinibildirir. Marianne isə eşitdiklərinin qarşısında təəccüb və həyəcan duyaraqJohana ayrılmamaları üçün yalvarışlara başlayır. Evliliklərində nəyinçatışmamasınıdan tutmuş öz yalnışlarını müzakirəyə açaraq hər şeyi sorğulayırvə yenidən başlamağın mümkünlüyündən danışan Marieannenin bütün cəhdlərinəbaxmayaraq Johan boşanma fikrindən daşınmır. Bütün evliliklər boyu daimafədakar davranan, anlayış göstərən Marieannenin bütün bu cəhdlərievliliklərinin bitməsinə əngəl ola bilmir.


"Gözyaşıvadisi"

Johanvə tamaşaçının qiyabi olaraq tanıdığı sevgilisi Paulanın Parisə getməsindən biril keçir. Marieanne və Johan münasibətlərini və qızları haqqında danışmaq üçünbir araya gəlirlər. Marieanne artıq Johana olan asılılığından qurtulmuş, başverənləri qəbul etmiş və öz yolunu tutmuşdur. Johanın isə gözləntiləri özünüdoğrultmamış, heç nə istədiyi və planladığı kimi getməmişdir. Paula iləmünasibətləri bitmək üzərədir iş yerində gecələyir və yalnış qərarlarındandolayı peşmanlıq hissləri keçirir. Bütün bunları böyük bir həyəcan içərisindəkeçmiş arvadına danışan Johanla Marianne arasında münasibətlər yenidənistiləşir.


"Cahillər"

Buseriyada iplərin qopduğu və ikilinin bütün gerçəkliyi ilə nifrətlərinibir-birlərinə bildirdikləri hissədir. Marieanna bu uzun müddət özünü vəvarlığını sorğuladıqdan sonra özünü, kimliyini tapmış olaraq qarşımıza çıxır.Bütün özgüvənini itirmiş Johan isə peşmanlıq içində qıvrılmaqdadır.


"Gecəyarısıqaranlıq evdə"

Finalsəhnəsində artıq boşanmaları gerçəkləşmiş cütlüyün hər ikisinin də başqa həyatlarıolduqalrını görürük. Köhnə bir dost kimi hər kəsdən xəbərsiz bir tətilə çıxancütlük gəncliklərində gəldikləri bir evə gəlirlər.

Filminmesajı ondan ibarətdir ki, insan cəmiyyət üçün yox, özü üçün yaşamalıdır.Həqiqəti özündən savayı heç kim tapa bilməz.

Rejissordigər filmlərində olduğu kimi bu filmində də möhtəşəm dialoqları ilə diqqətçəkmiş kişi və qadın münasibətlərini geniş şəkildə sorğulamışdır. Rejissoraəbəs yerə "İsveçin dünyaya hədiyyəsi” deyilməmişdir.